“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu bəndini rəhbər
tutaraq qərara alır:
"Sahibkarlıq
sahəsində aparılan
yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 8, maddə 890; 2016, ¹ 3, maddə 428, ¹ 11, maddə
1768, ¹ 12, maddə 2016; 2017, ¹ 5, maddə 739; 2018, ¹ 11, maddələr
2187, 2200; 2019, ¹ 1, maddə 29, ¹ 2, maddə 201) aşağıdakı
dəyişikliklər edilsin:
1. 2.2-ci maddədə
"vergi yoxlamalarına”
sözlərindən sonra
", tikintiyə dövlət
nəzarətinin həyata
keçirilməsi ilə
əlaqədar yoxlamalara”
sözləri əlavə
edilsin;
2. 10.3-cü maddədə
"sahəsində” sözü
", yanğın nəzarəti,
təhlükə potensiallı
obyektlərin və dağ-mədən sahələrinin
təhlükəsiz istismarına
nəzarət və radiasiya təhlükəsizliyinə
nəzarət sahələrində”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 may 2019-cu il
Azərbaycan.- 2019.-20 iyun.-
S.6.