Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli
Qanununun tətbiqi haqqında” 2018-ci il 5 fevral tarixli
1816 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Sahibkarlıq fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununa
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
haqqında” 2003-cü il 23 dekabr
tarixli 7 nömrəli Fərmanının
ləğv edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Sahibkarlıq fəaliyyəti
haqqında” və
"Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il 7 dekabr tarixli 1388-VQD nömrəli
Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. "Sahibkarlıq
fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli
Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 2, maddə
180) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1-ci bəndə
"hissəsində” sözündən
sonra "və 9-cu maddəsinin 3-cü hissəsində”
sözləri əlavə
edilsin;
1.2. 2.5-ci bənddə
"və 3-cü hissələrində”
sözləri "hissəsində”
sözü ilə əvəz edilsin;
1.3. aşağıdakı
məzmunda 2.5-1-ci bənd
əlavə edilsin:
"2.5-1. həmin
Qanunun 9-cu maddəsinin
3-cü hissəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin tabeliyində
Azərbaycan Respublikasının
Sahibkarlığın İnkişafı
Fondu nəzərdə
tutulur;”.
2. "Sahibkarlıq
fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanununa dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il 23 dekabr tarixli 7 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2003, ¹ 12 (II kitab),
maddə 718; 2014, ¹ 5, maddə
477; 2016, ¹ 8, maddə 1384) ləğv
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 iyun 2019-cu il
Azərbaycan.- 2019.- 20 iyun.- S.6.