“Güzəştli vergi tutulan ölkələrin və ərazilərin
siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli
1505 nömrəli Fərmanında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 7, maddə
1315) ilə təsdiq edilmiş "Güzəştli
vergi tutulan ölkələrin və ərazilərin siyahısı”
yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.4. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
11 iyun 2019-cu il
Azərbaycan.- 2019.- 20 iyun.- S.7.