Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyindəki Tərəvəzçilik
Elmi Tədqiqat İnstitutunun
fəaliyyətinin təkmilləşdirilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyindəki
elmi tədqiqat institutlarının fəaliyyətinin
gücləndirilməsi, elmi
nəticələrin istehsalata
tətbiqinin daha da genişləndirilməsi
və bu sahədə idarəetmənin
təkmilləşdirilməsi məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
tabeliyində olan Tərəvəzçilik Elmi
Tədqiqat İnstitutu
Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyində
publik hüquqi şəxs statusu olan Tərəvəzçilik
Elmi Tədqiqat İnstitutuna çevrilmə
yolu ilə yenidən təşkil edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində nəzərdə
tutulmuş publik hüquqi şəxsin fəaliyyətə başlaması
və nizamnamə fondunun formalaşdırılması
üçün Azərbaycan
Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
Ehtiyat Fondundan Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyinə 1 (bir) milyon manat ayrılsın.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.4. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
4. Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
bu Fərmanın 1-ci hissəsində nəzərdə
tutulmuş publik hüquqi şəxsin:
4.1. təsisçisinin
"Publik hüquqi şəxslər haqqında”
Azərbaycan Respublikası
Qanununun 8.2-ci maddəsində
qeyd edilən səlahiyyətlərini həyata
keçirsin;
4.2. nizamnaməsini,
optimallaşdırma həyata
keçirilməklə strukturunu,
işçilərinin say həddini
iki ay müddətində
təsdiq etsin;
4.3. dövlət
qeydiyyatına alınması
üçün onun nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində "Hüquqi
şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının
Vergilər Nazirliyinə
müraciət etsin.
5. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi:
5.1. bu
Fərmanın 2-ci hissəsində
göstərilən məbləğdə
maliyyələşməni müəyyən olunmuş
qaydada təmin etsin;
5.2. "Azərbaycan
Respublikasının 2019-cu il
dövlət büdcəsi
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiqi ilə bağlı bir sıra məsələlər
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 1.1.3.9-cu yarımbəndi
üzrə Tərəvəzçilik
Elmi Tədqiqat İnstitutuna nəzərdə
tutulmuş vəsaitin
qalığının müvafiq
olaraq bu Fərmanın 1-ci hissəsində
göstərilmiş publik
hüquqi şəxsin
hesabına köçürülməsi
ilə bağlı tədbirlər görsün
və həmin publik hüquqi şəxsin saxlanılması
üçün tələb
olunan vəsaiti növbəti illərdə
dövlət büdcəsinin
layihəsində nəzərdə
tutsun.
6. Azərbaycan
Respublikasının Əmlak
Məsələləri Dövlət
Komitəsi Tərəvəzçilik
Elmi Tədqiqat İnstitutunun istifadəsində
olan dövlət əmlakının bu Fərmanın 1-ci hissəsində
nəzərdə tutulmuş
publik hüquqi şəxsin balansına verilməsi ilə bağlı tədbirlər
görsün.
7. Bu Fərmanın
1-ci hissəsində nəzərdə
tutulmuş publik hüquqi şəxs "Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
qaydada dövlət qeydiyyatına alındığı
günədək Tərəvəzçilik
Elmi Tədqiqat İnstitutu öz fəaliyyətini davam etdirsin.
8. Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 20 iyun
2019-cu il
Azərbaycan.-
2019.- 21 iyun.- S.1.