Birinci vitse-prezident Mehriban
Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar
üçün sosial
xidmət müəssisəsində olub
İyunun 20-də Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində
2 saylı sağlamlıq
imkanları məhdud uşaqlar üçün
sosial xidmət müəssisəsində olublar.
AZƏRTAC xəbər
verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2 saylı sağlamlıq imkanları
məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində
uşaqlarla görüşüb,
onların yaşayış
şəraiti, uşaqlara
göstərilən sosial
və reabilitasiyayönümlü
xidmətlərlə tanış
olublar.
Mehriban Əliyeva və Leyla Əliyeva müəssisədəki uşaqların
əl işlərindən
ibarət sərgiyə
baxıblar.
Sağlamlıq imkanları məhdud uşaqların funksional çatışmazlıqlarının aradan qaldırılması,
onların bacarıqlarının
inkişaf etdirilməsi
üçün aparılan
reabilitasiya işlərindən
biri də onların yaradıcılıq
potensiallarının inkişafıdır. Uşaqlar muncuqlarla,
plastilinlə müxtəlif
əl işləri hazırlayır, rəsmlər
çəkir, konstruktor
oyunları ilə məşğul olurlar.
Müəssisənin sakinləri özlərinin
hazırladıqları əl
işlərini Mehriban
Əliyevaya və Leyla Əliyevaya hədiyyə ediblər.
Qeyd edək ki, bu
müəssisə 2010-cu ildə
Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulub. Hazırda burada 5-18 yaş
arasında 170-dək uşaq
yaşayır. Onlar əsasən
uşaq serebral iflici, autizm, daun sindromu, fiziki və əqli inkişafdan geriqalma, mərkəzi sinir sisteminin zədələnməsi – ense-folo-patiya,
parez kimi xəstəliklərdən əziyyət
çəkirlər.
Birinci vitse-prezident sosial xidmət müəssisəsinin
sakinlərinin əhvalı
ilə maraqlanıb, onların müalicəsinin
müsbət nəticələr
verdiyinin şahidi olub. Belə ki, müəssisənin sakinlərindən
biri - Xəyalə Hüseynova Mehriban Əliyeva ilə söhbət zamanı Azərbaycan və ingilis dillərində
"əlillik qüsur
deyil və yaşamaq, yaratmaq üçün məhdudiyyət
ola bilməz”
dedi. Azərbaycanın Birinci vitse-prezidenti
uşaqların arzularını
dinləyib, yenidən
onların yanına qonaq gələcəyini bildirib, onlara uğurlar arzulayıb.
Mehriban Əliyeva uşaqlarla birlikdə kitab oxuyub, nəşrdəki şəkilləri müzakirə
edib. Uşaqlar Mehriban Əliyevaya
və Leyla Əliyevaya öz bacarıqlarını nümayiş
etdiriblər. Onlar
Prezident İlham Əliyevin Sərəncamı
ilə bu ilin "Nəsimi İli” elan olunduğunu bildirərək,
şairin şerlərini
səsləndiriblər, mahnılar,
rəqslər ifa ediblər.
Sağlamlıq imkanları məhdud uşaqlara dövlət qayğısı ildən-ilə
artır. Dövlətimizin
başçısının 2019-cu il 15 aprel
tarixli Fərmanı ilə həmin uşaqlar üçün
aylıq sosial müavinətin məbləği
əhəmiyyətli şəkildə
artırılmaqla, onlara
qulluq edənlər üçün Prezidentin
aylıq təqaüdü
də təsis olunub. Azərbaycanın Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi nəticəsində
Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi istifadəyə
verilib. Bu müəssisədə uşaqlar
üçün müasir
tələblər səviyyəsində,
nümunəvi yaşayış
və reabilitasiya şəraiti yaradılıb.
Saray qəsəbəsindəki
2 saylı sağlamlıq
imkanları məhdud uşaqlar üçün
sosial xidmət müəssisəsində 12 reabilitasiya
otağı fəaliyyət
göstərir və onlarda müasir dövrdə prioritet olan yeni reabilitasiya
metodları - aktiv terapiya, oyun, ünsiyyət, musiqi, rəqs və digər terapiya növləri və hər bir uşaqla
fərdi inkişaf planı əsasında işlər aparılır.
Sonda müəssisəyə Heydər
Əliyev Fondunun hədiyyələri təqdim
edilib.
Azərbaycan.- 2019.-21 iyun.- S.2.