İrakli Kobaxidze: “Gürcüstan-Azərbaycan
əlaqələri dostluğa və
qarşılıqlı hörmətə söykənir”
İyunun 20-də Milli Məclisin Sədri Oqtay Əsədov Gürcüstan parlamentinin Sədri İrakli Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, O.Əsədov İ.Kobaxidzenin parlamentin Sədri qismində Azərbaycana ilk rəsmi səfərinin dost və qardaş ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini söyləyib. O deyib ki, Azərbaycan və gürcü xalqlarının dostluğu qədim tarixə malikdir. Cari ilin payızında Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin yaranmasının 27 ili tamam olur. Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Son illər ərzində yüksəksəviyyəli qarşılıqlı səfərlər və görüşlər daha da intensivləşib.
Milli Məclisin
Sədri vurğulayıb ki, Azərbaycanla
Gürcüstan arasında güclü
hüquqi baza mövcuddur. Ölkələrimiz arasında
100-dən çox sənəd
imzalanıb, 16 sənəd isə baxılmaqdadır. Eyni zamanda, iqtisadi
sahədə qarşılıqlı faydalı əməkdaşlıq
inkişaf edir. Azərbaycanla
Gürcüstan arasında ticarət
dövriyyəsinin həcmi 2018-ci il
üzrə 580 milyon dollar
təşkil edib. 2019-cu ilin yanvar-aprel aylarında bu göstərici 243 milyon dollar olub.
Oqtay Əsədov deyib ki, Gürcüstan Azərbaycan tərəfindən
həyata keçirilən
irimiqyaslı beynəlxalq
enerji layihələrinin
fəal iştirakçısıdır.
Milli Məclisin Sədri vurğulayıb ki, ali qanunverici orqanlarımız
dövlətlərarası münasibətlərin inkişafında
mühüm rol oynayır. Hər iki ölkənin
parlamentlərində dostluq
qrupları fəaliyyət
göstərir, nümayəndə
heyətlərimizin mütəmadi
qarşılıqlı səfərləri
həyata keçirilir.
Deputatlarımız mötəbər
beynəlxalq parlament qurumları çərçivəsində,
o cümlədən AŞPA, ATƏT PA,
NATO PA, QDİƏT PM, GUAM PA-da əməkdaşlıq edir,
bir-birilərinin mövqelərini
dəstəkləyirlər.
Oqtay Əsədov böyük təəssüf hissi ilə söyləyib ki, hər iki
ölkə ərazi bütövlüyümüzə təhlükə yaradan separatizmlə üzləşib. İnanırıq ki, regional münaqişələr,
o cümlədən Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsi beynəlxalq
hüququn normaları
çərçivəsində, dövlətlərin ərazi
bütövlüyü və
sərhədlərin toxunulmazlığı
prinsipləri əsasında
öz ədalətli həllini tapacaq.
Gürcüstan parlamentinin Sədri İrakli Kobaxidze səfərdən məmnun
olduğunu deyib. O bildirib
ki, bu gün
Gürcüstan və
Azərbaycan strateji və etibarlı tərəfdaşlardır. İki ölkə
arasında münasibətlərin
inkişafında Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyevin xidmətləri
böyükdür. Prezident İlham
Əliyevin rəhbərliyi
ilə bu gün əlaqələrimiz
dinamik inkişaf edir. Ölkələrimiz arasında bütün
sahələrdə əməkdaşlıq
önəmlidir. Siyasi sahədə
həm ikitərəfli,
həm də beynəlxalq səviyyədə
yaxşı münasibətlər
qurulub. Azərbaycan və Gürcüstan
bir-birinin ərazi bütövlüyünə hörmətlə
yanaşır. İnanırıq ki, münaqişələr
sülh yolu ilə həll olunacaq. Ölkələrimiz üçün sülh və sabitlik böyük əhəmiyyətə malikdir.
Biz Avropa Şurasında,
QDİƏT-də əməkdaşlıq
edirik, bir-birimizin maraqlarını dəstəkləyirik.
Siyasi sahədə münasibətlərin
inkişafında parlamentlərarası
əlaqələr çox
vacibdir. Qanunverici orqanlar
arasında əlaqələrin
gücləndirilməsində informasiya və təcrübə mübadiləsi
baxımından nümayəndə
heyətlərinin qarşılıqlı
səfərləri çox
əhəmiyyətlidir.
Gürcüstan parlamentinin Sədri iqtisadi sahədə əlaqələrə toxunaraq
enerji və nəqliyyat sahələrində,
o cümlədən Azərbaycan,
Gürcüstan və
Türkiyənin iştirakı
ilə həyata keçirilən üçtərəfli
layihələrin önəmli
olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, Azərbaycan investorları Gürcüstanda
geniş şəkildə
təqdim olunublar.
Mədəniyyət, təhsil, turizm
sahələrində əməkdaşlığın
daha da inkişaf
etdirilməsi üçün
geniş imkanlar mövcuddur. Əlaqələrimiz dostluq və qarşılıqlı hörmətə
söykənir. Bu dostluğa heç bir qüvvə təsir edə bilməz.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədr müavini Bahar Muradova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Gürcüstanla
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun başçısı
Əflatun Amaşov, Azərbaycanın Gürcüstandakı
səfiri Dursun Həsənov, Gürcüstan
parlamentinin deputatları
və digər rəsmi şəxslər
iştirak ediblər.
AZƏRTAC
Azərbaycan.- 2019.- 21 iyun.- S.3.