Hücumçu diplomatiyasının növbəti uğuru

 

Azərbaycan diplomatiyasının uğurlu gedişləri Ermənistanın təcavüzkar siyasətinin ifşasında, onun işğalçı mahiyyətinin ortaya çıxmasında mühüm rol oynayır. Elə bunun da nəticəsində Ermənistanın işğala siyasi, hüquqi don geyindirmək cəhdləri birmənalı şəkildə iflasa uğrayır. Hər halda Fransa məhkəmələrinin son qərarları da bunu təsdiq edir.

Xatırladaq ki, əvvəlcə Serji-Pontuaz məhkəməsinin qərarı ilə Arnuvil şəhərinin qondarma Dağlıq Qarabağdakı Şeher inzibati bölgəsi ilə "Dostluq haqqında xartiya”sı ləğv edildi. Eyni qərarla Arnuvil şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "dostluq xartiyası” ləğv edildi. Daha sonra Qrenobl məhkəməsi eyni xarakterli 4 "dostluq xartiyası”nı qüvvədən saldı. Qrenobl məhkəməsinin qərarında Fransanın Valans, Burq le ValansBurq de Peaj bələdiyyələrinin müvafiq olaraq Xankəndi, ŞuşaMartuni ilə imzaladıqları analoji sənədlər yolverilməz hesab edildi.

"İşıqlı Ermənistan” fraksiyasının deputatı Arman Babacanyan bildirib ki, Fransa məhkəmələrinin qərarları Ermənistan Xarici İşlər Nazirliyinin fəaliyyətsizliyinin nəticəsidir: "Belə qərarların veriləcəyi proqnozlaşdırılırdı. Çünki Azərbaycan Fransada genişmiqyaslı aparır, biz isə heç bir fəaliyyət göstərmirik. Hər işdə diasporun potensialına ümid edirik, gözləyirik ki, nəsə edəcək. Lakin onlar yalnız vəkil tapa bildilər, onun da əlindən heç nə gəlmədi”.

Ermənistan parlamenti xarici əlaqələr üzrə komissiyasının sədri Ruben Rubinyan isə bildirib ki, Fransa məhkəmələrinin qərarlarına müdaxilə mümkünsüzdür: "Burada söhbət məhkəmə qərarlarından yox, onların nəticələrindən gedir. Ermənistanda hansısa ölkənin səfirliyinin əməkdaşının erməni məhkəmələri və ya hakimləri haqqında danışması gülməli olardı. Düşünürəm ki, Fransada məhkəmələrin müstəqil olduğuna etiraz etməyəcəksiniz, lakin problemin olduğunu hamımız bilirikbuna uyğun aparılmalıdır”.

Fransada yaşayan erməni politoloq, Fransa Strateji Tədqiqatlar Mərkəzinin eksperti Kayts Minasyanın dediyinə görə, məhkəmələrin qərarları ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində Fransanın Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında neytrallıq saxlamaq niyyəti ilə bağlıdır: "Zənnimcə, məhkəmələrin qərarları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Fransanın balanslaşdırılmış mövqelərini qorumaq istəyi ilə bağlıdır. Təbii ki, Azərbaycanın da bu istiqamətdə ciddiheçaz olmayan rol oynadığını vurğulamalıyam. Sirr deyil ki, azərbaycanlılar illərdən bəri ən müxtəlif beynəlxalq təşkilatlarda bəyan edirlər ki, ATƏT-in Minsk Qrupunda həmsədr ölkənin şəhərləri ilə dünya birliyi tərəfindən tanınmamış ərazi arasında dostluq bəyannamələri imzalana bilməz”.

Minasyan sözügedən məhkəmə qərarlarını Fransanın Azərbaycana ünvanladığı, Bakı ilə iqtisadi-siyasi əməkdaşlığın aktivləşdirilərək gücləndirilməsində Parisin maraqlı olduğuna işarə vuran mesaj kimi də qəbul edir: "Fransa ilə Azərbaycan yetərincə yaxşı ticari-iqtisadi tərəfdaşlardır. Bu səbəbdən də Serji-PontuazQrenobl məhkəmələrinin belə qərar verməsində məsuliyyətin əhəmiyyətli hissəsi Ermənistanla Fransadakı erməni icmasının üzərinə düşür. Çünki faktiki olaraq Azərbaycan işləyir, Ermənistan isə yatır. Belə davranış modelində dəyişikliklər olmazsa, Ermənistanla qarabağlı ermənilərin əleyhinə qərarlar davam edəcək”.

Bütün bunlar aydın göstərir ki, hətta Fransadakı güclü erməni diasporu da Azərbaycanın siyasi, iqtisadihüquqi müstəvilərdəki bütün legitim imkanlarından yararlanmaqla Bakıya qarşı yönələn düşmən niyyətli cəhdlərin və kampaniyaların qarşısını almaq iqtidarında olduğunu anlayır. Məsələnin maraqlı tərəfi isə xaricdə yaşayanmilli mənafelərdən danışan şəxslərin belə məsələlərdə susqunluq nümayiş etdirmələridir.

Görünür, onlara pulu məhz Azərbaycanı gözdən salmaq üçün ayırırlar. Elə bu səbəbdən belə şəxslər Azərbaycanla bağlı milli əhəmiyyətə malik məsələlərdə hansısa mövqe nümayiş etdirmirlər. Amma Azərbaycan diplomatiyası istənilən halda öz sözünü deyir və işğalçı ölkənin istəyini puça çıxarır.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 21 iyun.- S.9.