AbşeronblokuTotal”ın Azərbaycandakı fəaliyyətini genişləndirdi

 

Fransanın tanınmış "Total” şirkəti 1996-cı ildə Bakıda ofisini açmış həmin vaxtdan kəşfiyyat layihələrində iştirak etməyə başlamışdır. O vaxtdan şirkət iştirakçılarının hamısı üçün qarşılıqlı şəkildə faydalı olan strateji layihələrə qoşularaq Azərbaycanla uzunmüddətli tərəfdaşlığın təməlini qoymuşdur.

1997-ci ildə "Total” şirkəti "Lənkəran-Talış-Dənizblokuna daxil olmuş "Abşeron”da kəşfiyyat işləri aparmaq üçün "Şevron”la tərəfdaşlıq qurmuşdur. Lakin ilkin kəşfiyyatın nəticələri müsbət olmamışdır.

Sonralar "Total” şirkəti "Şevrontərəfindən təhvil verilmiş "Abşeronblokuna yenidən qayıtmışdır.

2009-cu il fevralın 27-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR-la "Total” arasında Xəzərin dərin sularında yerləşən "Abşeronbloku üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanmışdır. 2011-ci il sentyabrın 1-də isə "Abşeron”un Kəşfiyyat, İşlənmə HPBS- uyğun olaraq kəşfiyyat dövrü ərzində operator qismində çıxış edən "Total E & P AbsheronAzərbaycanın bu dəniz blokunda iri qaz yatağının aşkarlandığını bildirmişdir. 2017-ci ilin fevralında layihənin işlənmə proqramı təsdiq edilmişdir.

"Abşeronbloku Bakıdan 100 kilometr aralıda suyun 500 metr dərinliyində yerləşir. Birinci quyunun qazılmasından sonra aparılan araşdırmaların nəticələri burada zəngin qaz kondensat ehtiyatlarının olduğunu təsdiq etmişdir. Ərazidə hərəkət edən layların, qaz tərkibli dayaz təbəqələrin, dərinliklərdə yüksək təzyiqin palçıq vulkanlarının olması işlərin gedişinə texniki maneələr törədir. Təhlükəsiz istehsalat mühitinə nail olmaq üçün bu amillərlə bağlı tektonik hərəkətlər xüsusi dizayn mühəndis işləri tələb edir. "Total” bu çətinliklərin öhdəsindən gəlmək üçün dünyanın müxtəlif ölkələrində topladığı bilik səriştəsindən məharətlə istifadə edir.

Şirkət yatağın gələcəkdə işlənməsi üçün dəniz quruda geotexniki geofiziki, eləcə meteoroloji topoqrafik məlumatlar toplamağa başlamışdır. Bu araşdırmalar həyata keçirilərkən sosial sahəyə ətraf mühitin mühafizəsinə dair tələblərə ciddi riayət edilmişdir.

Tədqiqatlar aparıldıqdan sonra "Abşeronyatağının Erkən Hasilat Sxemi əsasında işlənməsi qərara alınmışdır. Bu sxem sualtı quyunun dayaz yerlərdə Neft Daşlarının yaxınlığındakı qəbuledici platformaya qoşulmasına əsaslanır. Burada qaz mayedən ayrılacaq, qaz kondensat SOCAR-ın mövcud infrastrukturu ilə nəql olunacaq. Qaz yerli bazara göndəriləcək, kondensat BTC kəməri ilə xaricə ixrac ediləcək.

2018-ci ilin fevral ayında ümummilli lider Heydər Əliyevin adını daşıyan qazma qurğusu "Abşeronyatağında işə başlamışdır.

"Total” şirkəti eyni zamanda üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin 11 səhmdarından biridir. Şirkət burada 5 faiz iştirak payına malikdir.

Xatırladaq ki, uzun illərdir Azərbaycanın mühüm layihələrində iştirak edən "Total” dünya bazarında yanacaq, təbii qaz, aşağı karbon tərkibli enerji istehsal edən satan şirkət kimi tanınır. Onun 100 min nəfərdən çox işçisi insanlara təhlükəsiz, təmiz sərfəli enerji çatdırmaq amalı ilə çalışır. 130-dan çox ölkədə fəaliyyət göstərən "Total”ın məqsədi ən məsuliyyətli əsas enerji təminatçılarından biri olmaqdır.

Ən böyük təsdiqlənmiş ehtiyatlarının yerləşdiyi Rusiyada "Total” "Novatekşirkətindəki payı "Yamalmayeləşdirilmiş təbii qaz layihəsi hesabına böyük həcmdə karbohidrogenlər hasil edir. Bu şirkət eləcə Qazaxıstanın nəhəng "Kaşaqanyatağının işlənməsi layihəsində əsas tərəfdaşlardan biridir.

"Total” Fransa, Almaniya, Belçika, Hollandiya Lüksemburqda cəmlənmiş 9 mindən çox xidmət məntəqələri şəbəkəsini idarə edir. Şirkət həmçinin Qərbi Avropada emal məhsullarının ikinci ən böyük təminatçısıdır, 8 neft emalı zavodunun sahibidir. Avropa Mərkəzi Asiyada "Total”ın qaz, bərpa olunan elektrik enerjisi şöbəsi müştərilərə nümunəvi xidmət göstərir.

Çalışdığı ölkələrdə "Total” önəmli layihələrdə tərəfdaş olmaqla yanaşı, cəmiyyətin həyatında da fəal iştirak edir. Azərbaycanda da belədir. Məsələn, BTC-nin keçdiyi ərazilərdə yerli icmalara dəstək məqsədilə özünün təşəbbüs göstərdiyi sosial layihələri maliyyələşdirir.

"Total” ölkəmizdə təhsilə dəstək verir. Belə ki, Azərbaycanın Fransanın neft elmləri üzrə ixtisaslaşmış məktəb universitetləri arasında əlaqələr yaradır. Şirkət bir neçə il SOCAR-ın mütəxəssisləri üçün fransız dilinin tədrisini maliyyələşdirib. Ölkəmizdə mədəniyyət incəsənətə biganə qalmır. Yerli xarici ifaçıların iştirakı ilə klassik musiqi konsertləri təşkil edərək Bakının mədəni həyatına öz töhfələrini verir.

Bütün bunlar "Total”ın Azərbaycanla təkcə uğurlu layihələrinin deyil, həm sıx əməkdaşlığının, etibarlı tərəfdaşlığının mehriban dostluğunun nəticələridir.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2019.- 21 iyun.- S.1; 9.