Azərbaycan-Türkiyə əlaqələri
bundan sonra da möhkəmlənəcək
İyunun 21-də Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Dövlət başçıları Azərbaycan
ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün
sahələrdə uğurlu
inkişafından məmnunluq
bildirib, əlaqələrimizin
bundan sonra da möhkəmlənəcəyinə
əminliklərini ifadə
ediblər.
Azərbaycan və Türkiyə prezidentləri ikitərəfli
münasibətlərimizin perspektivlərini
və qarşılıqlı
maraq doğuran məsələləri müzakirə
ediblər.
Azərbaycan.- 2019.-22 iyun.- S.1.