Vaşinqtonda ParisMoskva görüşlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsi müzakirə olunub

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşınqton görüşünün nəticələri barədə açıqlama verib.

AZƏRTAC xəbər verir ki, açıqlamada Azərbaycan tərəfinin bundan öncə ParisMoskvada eyni formatda keçirilmiş görüşlərin davamı olaraq, bu il iyunun 20-də Vaşınqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etdiyi üçün ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində ABŞ-a minnətdarlığı ifadə edilir.

Bildirilir ki, bu kimi görüşlər müsbət xarakter daşıyır və danışıqlar prosesinin irəli aparılmasına xidmət edir.

Üç saatdan çox davam edən görüşdə əsas müzakirə mövzusunu nazirlərin ParisMoskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələsi təşkil edib.

Vaşınqton görüşündə həmsədrlər hər iki tərəfin diqqətinə münaqişənin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olmaq üçün konkret nəticələrə yönəlmiş təkliflər təqdim ediblər.

Yaxın aylarda eyni formatda növbəti görüşün keçirilməsinə dair ümumi razılıq əldə olunub.

 

Azərbaycan.- 2019.- 22 iyun.- S.2.