Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans: “Dövlət
qulluğunun aktual
problemləri”
İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTACxəbər verir ki, Dövlət Qulluqçularının Peşə Bayramı Gününə həsr edilən konfrans Dövlət İdarəçilik Akademiyası və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə təşkilatçılığı ilə reallaşıb. Konfrans "Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Prezident Administrasiyası rəhbərinin "Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”nın təsdiq edilməsi haqqında Sərəncamı əsasında keçirilib.
Konfransı giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın qısa müddətdə inklüziv və davamlı inkişaf siyasətini reallaşdırmağa müvəffəq olduğunu bildirib. Vurğulayıb ki, bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin düşünülmüş strategiya və tətbiq olunan orijinal innovativ idarəetmə texnologiyaları əsasında qazanılıb. Ölkənin qazandığı uğurların əsasında insan potensialının formalaşması, idarəedilməsinə elmi yanaşma əsas yer tutur.
Prezidentin vətəndaşlara münasibəti bütün məmurlar üçün örnəkdir
Elmi-praktik konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvüSüleyman İsmayılovçıxış edərək deyib ki, Prezident İlham Əliyevin "Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında” 2006-cı il 25 may tarixli Sərəncamı ölkədə demokratik, hüquqi, dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu artırmaq məqsədilə atılan mühüm addımlardan biridir. Azərbaycan Respublikası praqmatik, gələcəyin hədəflərini çox düzgün seçməyi bacaran, özünü uzaqgörən siyasətçi kimi təsdiq edən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi islahatlarla çoxlarını heyrətə salıb. Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərin əsas səbəbini ulu öndər Heydər Əliyevin müstəqilliyimizin əbədiləşməsinə yönəldilmiş siyasətinin onun layiqli varisi İlham Əliyev tərəfindən böyük qətiyyətlə davam etdirilməsində, bu siyasətin mütəmadi olaraq müasir dövrün çağırışlarına uyğun surətdə yeni ideyalar və konsepsiyalarla zənginləşdirilməsində axtarmaq lazımdır. Məhz bu siyasət nəticəsində son illərdə ölkənin iqtisadi potensialı və müdafiə qüdrəti dəfələrlə artıb.
Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılov vurğulayıb ki, iqtisadi nailiyyətlərimiz ölkəmizin müdafiə qüdrətini getdikcə artıracaq və Qarabağa böyük qayıdışın sürətli davamı təmin ediləcək, bütün bunların nəticəsində Azərbaycan dövlətinin nüfuzu daha da möhkəmlənəcək.
Prezident Administrasiyasının şöbə müdiri dövlət qulluğuna kadr hazırlanmasında Dövlət İdarəçilik Akademiyasının fəaliyyətini xüsusi qeyd edərək deyib: "Dövlət İdarəçilik Akademiyası respublikamızın ən nüfuzlu ali məktəblərindən biridir. Öz spesifik tədris proqramı, metodikası ilə başqa ali məktəblərdən seçilir. Burada təhsilini başa vuran hər bir şəxs dövlət qulluqçusu kimi müstəqil Azərbaycan dövlətinin idarəetmə sistemində çalışır, onun inkişafında yaxından iştirak edir və gələcəkdə də yaxından iştirak edəcək”.
Süleyman İsmayılov Dövlət Qulluğunu İdarəetmə Şuranın üzvü kimi son illərdə dövlət qulluğunun təkmilləşdirilməsi ilə bağlı fikirlərini də bölüşüb. Diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə dövlət qulluğu sahəsində yeni dövr başlanıb. Son 26 ildə yüzlərlə qanun, fərman, sərəncam imzalanıb, qərarlar qəbul olunub. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 2000-ci il iyulun 21-də qəbul olunduğunu xatırladan Süleyman İsmayılov həmin vaxtdan bəri bu qanundan irəli gələn çoxlu sayda normativ hüquqi aktlar imzalandığını, eyni zamanda, bu qanuna çoxlu sayda əlavələr və dəyişikliklər olduğunu, son nəticədə mükəmməl bir sənədin ortaya çıxdığını bildirib. Diqqətə çatdırıb ki, sözügedən qanun qəbul olunandan bugünə qədər ona 180-dən çox əlavə və dəyişiklik edilib. Bütün bunlar qanunun təkmilləşməsinə yönəlib.
Süleyman İsmayılov vurğulayıb ki, dövlət quruculuğu məsələləri Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Son 5-6 il ərzində dövlət quruculuğu məsələləri ilə bağlı 450-dən çox fərman, sərəncam, qanun imzalanıb. Prezident İlham Əliyev dövlət qulluqçuları qarşısında ciddi tələblər qoyub. Prezidentin vətəndaşlara, onların müraciətlərinə olan münasibəti bütün məmurlar üçün örnəkdir.
Ölkənin idarə olunmasında və inkişafında dövlət qulluqçularının rolu böyükdür
Süleyman İsmayılov onu da diqqətə çatdırıb ki, dövlət qulluğu heç də müəyyən səlahiyyətlər əldə etmək kimi başa düşülməməlidir. Əksinə, dövlət qulluqçularının çiyinlərinə böyük bir yük düşür. Ölkənin idarə olunmasında, onun inkişafının daha da sürətlənməsində dövlət qulluqçularının böyük rolu var.
Dövlət qulluğunda çalışanlarla bağlı statistik göstəriciləri diqqətə çatdıran şöbə müdiri Süleyman İsmayılov deyib ki, 2019-cu il yanvar ayının 1-nə olan məlumata görə dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir. Aparılan son struktur islahatları nəticəsində onların sayı 0,7 faiz azalıb. Dövlət qulluqçularının 28,5 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının orta yaş həddi 43 ildir. Bu rəqəm gənclərə zəngin təcrübə məktəbindən bəhrələnmək imkanı yaradır. 35-44 yaş arasında olan dövlət qulluqçularının sayı 26,3 faiz, 63-64 yaş arasında olan dövlət qulluqçularının sayı isə 2,9 faizdir. Bütövlükdə dövlət orqanlarında çalışan dövlət qulluqçularının sayı ölkənin məşğul əhalisinin çox cüzi bir hissəsidir - 0,6 faiz. Ona görə də dövlət qulluğunda çalışan hər bir şəxs hazırlıqlı olmalı və öhdəsinə düşən vəzifəni yüksək keyfiyyətlə icra etməlidir.
Prezident Administrasiyasının şöbə müdiri son vaxtlar ölkədə həyata keçirilən sosial islahatların əhəmiyyətini qeyd edərək, dövlətimizin başçısı İlham Əliyev tərəfindən iyunun 18-də təqdim olunmuş sosial paketdə dövlət qulluqçularının maaşlarının artırıldığını vurğulayıb, bütün bunların müvafiq sahələrdə çalışanların daha yaxşı işləməsinə stimul yaratdığını deyib.
Sonra Dövlət İmtahan Mərkəzi Direktorlar Şurası sədrinin müaviniBəhram Xəlilovdövlət idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatların uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, dövlət qulluqçularının seçimi sisteminin formalaşdırılmasında sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən prinsiplər həlledici vasitədir. Bu sahədə Dövlət İmtahan Mərkəzinin üzərinə düşən əsas vəzifələrdən biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək məqsədilə dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və səmərəli əsaslarla aparmaqdan ibarətdir.
Azərbaycanda çevik
dövlət qulluğu
sistemi formalaşıb
Elmi-praktik konfransda
DİA-nın rektoru, akademikUrxan Ələkbərov"Dövlət
idarəçiliyində yeni
texnologiyalar: Azərbaycan
Respublikasının innovativ
təcrübəsi beynəlxalq
təşkilatların sənədlərində”
mövzusunda məruzə
ilə çıxış
edib.
Azərbaycanda çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd
edən rektor ölkədə dövlət
quruculuğu, dövlət
idarəetmə sisteminin
formalaşması və
dövlət qulluğunun
inkişafı proseslərində
ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini diqqətə çatdırıb. Dövlət idarəçiliyi üçün
milli kadr potensialının formalaşdırılmasının
müasir dövlət
quruculuğu prosesinin tərkib hissəsi olduğunu bildirən Urxan Ələkbərov dövlət qulluğu sisteminin təkmilləşdirilməsi
və inkişafı,
bu sahədə hüquqi bazanın tənzimlənməsi məsələlərini
Prezident İlham Əliyevin daim diqqət mərkəzində
saxladığını vurğulayıb.
Eyni zamanda, o, dövlət qulluğu üçün
kadr potensialının
gücləndirilməsinin ölkədə
inklüziv inkişafın
planlaşdırılması və idarə edilməsi proseslərini daha da sürətləndirəcəyini
bildirib.
Məruzədə beynəlxalq təşkilatların
2018-2019-cu illərdə dərc
edilən rəsmi statistik məlumatları təhlil olunub. Həmçinin Dünya İqtisadi Forumunun təsisçisi və fəxri prezidenti Klaus Şvabın
hazırladığı qlobal
hesabat nəzərdən
keçirilib. Qeyd olunub
ki, həmin hesabatda Azərbaycan dünyanın ən səmərəli sosial siyasət həyata keçirən ölkəsi
kimi xarakterizə edilib. Azərbaycan bu göstərici
üzrə ABŞ, Almaniya,
Danimarka, Kanada, Fransa, Yaponiya kimi inkişaf etmiş ölkələri
geridə qoyub.
Diqqətə çatdırılıb
ki, ümummilli lider Heydər Əliyev tərəfindən
əsası qoyulan və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının
nəzəri əsaslarının
işlənilməsi, onların
təcrübədə tətbiqi
nəticəsində bir
sıra iqtisadi və sosial göstəricilərinə görə
müasir Azərbaycan
Respublikası hazırda
yüzillik tarixi olan və dünya
liderləri sayılan
ölkələrlə rəqabət
aparmaq vəziyyətindədir.
Konfrans iştirakçıları Azərbaycanda
tətbiq edilən və dünya miqyasında ilk dəfə
işlənilmiş sinergetik,
komplimentar və kompensasion texnologiyaların
mahiyyəti barədə
məlumatlandırılıb. Həmin texnologiyaların
işlənilməsi və
həyata keçirilməsi
prosesində Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolu olduğu diqqətə çatdırılıb. Bildirilib ki, məhz dövlətimizin
başçısının tətbiq etdiyi idarəçilik texnologiyaları
sayəsində Davos İqtisadi Forumunun 2018-ci ilin yanvarında dərc olunan hesabatında inklüziv inkişaf indeksinə görə Azərbaycan dünyada üçüncü
yerdə qərarlaşaraq
iqtisadi imkanları daha yüksək olan ölkələrin çoxunu geridə qoyub. Bu və
digər təqdirəlayiq
nəticələr ölkənin
səmərəli idarə
olunmasından və iqtisadi imkanlardan maksimum istifadə edilməsindən xəbər
verir.
Sonra DİA-nın rəhbər dövlət
idarəçiliyi kadrlarının
ixtisasının artırılması
institutunun direktoru, professorGülnarə Qurbanova"Dövlət
qulluqçularının təhsilində
davamlı inklüziv inkişaf naminə innovativ metodlar”, Azərbaycan Respublikasının
Dövlət İmtahan
Mərkəzinin Dövlət
qulluğu məsələləri
şöbəsinin müdiri
Vüqar Əsgərov
"Azərbaycanda dövlət
qulluğuna qəbul: cari vəziyyət, hədəflər və çağırışlar”, Mərkəzin
İctimaiyyətlə əlaqələr
və kargüzarlıq
şöbəsinin mətbuatla
iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə "Dövlət qulluğu ilə bağlı elektron xidmətlər” mövzularında məruzələrlə
çıxış ediblər.
Məruzələrdə dövlət idarəetmə
sisteminin təkmilləşdirilməsi
istiqamətində həyata
keçirilən islahatlar
nəticəsində əldə
olunan uğurlardan bəhs edilib.
Daha sonra DİA-da rəhbər dövlət
idarəçiliyi sahəsində
ixtisaslaşaraq məzun
olan dövlət qulluqçularına magistr
dərəcəli diplomlar
təqdim edilib.
Konfransda Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının, Nazirlər
Kabinetinin, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, müxtəlif
nazirliklərin, Heydər
Əliyev Mərkəzinin,
Ombudsman Aparatının, Mərkəzi
Seçki Komissiyasının,
Baş Prokurorluğun,
dövlət komitələri
və xidmətlərinin,
Bakı şəhəri,
Naxçıvan Muxtar
Respublikası və
rayon icra hakimiyyətlərinin
nümayəndələri iştirak
ediblər.
Azərbaycan.- 2019.- 22 iyun.- S.2.