Anlaşma Memorandumu
imzalanıb
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə
"Azərbaycan Sənaye
Korporasiyası” ASC arasında
təhsil, elm və təlim-tədris sahəsində
əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İmzalama mərasimində UNEC-in rektoru,
professor Ədalət Muradov,
"Azərbaycan Sənaye
Korporasiyası” ASC-nin
baş direktoru Kamran Nəbizadə, universitetin professor-müəllim
heyəti və korporasiyanın nümayəndələri
iştirak edib.
Rektor Ədalət Muradov bildirib ki, "Azərbaycan Respublikasında
təhsilin inkişafı
üzrə Dövlət
Strategiyası”nda elmi-texnoloji
tərəqqi, innovasiyalar
və modernləşmə
nəticəsində praktiki
bilik və vərdişlərlə zənginləşməyən,
sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında
akademik biliklərlə
yanaşı, praktik bilik və bacarıqların,
səriştənin vacibliyi
önə çəkilir.
Bu isə təhsil
prosesini real iqtisadiyyatn
tələblərinə uyğunlaşdırmağı
tələb edir.
Rektor bu istiqamətdə UNEC-də
həyata keçirilən
yeniliklərdən söz
açıb, universitetin
iş dünyası ilə strateji əməkdaşlıq platforması
olan UNEC2B və
job.unec.edu.az virtual əmək birjasının əhəmiyyətindən
danışıb. Universitetin bir
çox nüfuzlu şirkət və holdinqlərlə əməkdaşlıq
etdiyini deyən Ə.Muradov "ASK” ASC ilə
əməkdaşlığın mühüm məqamlarını
da diqqətə çatdırıb. Bildirib ki,
əməkdaşlıq çərçivəsində
UNEC məzunları Azərbaycan
Sənaye Korporasiyasının
mütəxəssis bazasına
daxil ediləcək,
UNEC-in 3 tələbəsinə fərdi təqaüdlər
təsis olunacaq.
Eyni zamanda "ASK” ASC-nin əməkdaşları üçün
UNEC-də ixtisasartırma
kursları təşkil
ediləcək.
"Azərbaycan
Sənaye Korporasiyası”
ASC-nin yaranma tarixi və hazırkı fəaliyyətindən
bəhs edən korporasiyanın baş direktoru Kamran Nəbizadə qeyd edib ki, "ASK” ASC-nin qarşısında duran əsas məqsədlərdən biri
müəssisələrdə işin düzgün təşkili, rentabelliyi yüksəltmək, istehsalı
genişləndirmək, müəssisələr
arasında əməkdaşlığı
gücləndirməkdir. İxtisaslı və peşəkar kadrlar bu məqsədlərin
əldə edilməsində
böyük rol oynayır. Korporasiyanın baş direktoru
onu da bildirib
ki, memorandumun uğuru bu anlaşmanın
ikitərəfli şəkildə
fəal icrasından asılıdır.
Sonda rektor Ədalət Muradov və "ASK” ASC-nin sədri arasında əməkdaşlıq
memorandumu imzalanıb.
Sənədə əsasən,
UNEC tələbələri "ASK” ASC və onun törəmə
müəssisələrində təcrübə keçəcəklər,
tələbələrin biznes
ideyalarının formalaşdırılmasına,
innovativ təşəbbüslərinə,
startap fəaliyyətinə,
onların praktiki tətbiqinə dəstək
göstəriləcək. Ölkədə
qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə birgə
tədqiqatlar aparılacaq, beynəlxalq təşkilatların
və fondların qrant layihələrində
birgə iştirak ediləcək, proqramlar həyata keçiriləcək. Eyni zamanda "ASK” ASC-nin mütəxəssisləri tələbələrin
bakalavr buraxılış və magistrlik dissertasiyası işlərinə rəhbər,
müxtəlif mövzular üzrə
mühazirəçi qismində cəlb olunacaq.
Memorandumda "dəyirmi masa”ların, konfransların, seminarlarin təşkil edilməsi, "yay məktəbləri”nin təşkili,
"ASK” ASC və onun törəmə
müəssisələrinin UNEC-in elmi tədqiqat və tədris-metodiki strukturundan istifadəsi, tələbələr
arasında müsabiqələrin keçirilməsi, qaliblərin
mükafatlandırılması və digər istiqamətlərdə
əməkdaşlıq nəzərdə tutulub.
Azərbaycan.- 2019.- 22 iyun.- S.5.