Xalq teatrları festivalı

 

Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan "Azərbaycan xalq yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na uyğun olaraq III Respublika Xalq Teatrları Festivalı keçirilir. Hazırda paytaxt Bakıda və regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasında 37 xalq teatrı fəaliyyət göstərir.

Festivalın regionlar üzrə növbəti seçim-baxış mərhələsi İsmayıllıda təşkil olunub. Bu mərhələdə İsmayıllı, Şəki və Ağdaş regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən xalq teatrı kollektivləri iştirak edir.

Festivalın seçim mərhələsində fərqlənən kollektivlər Bakıda keçiriləcək final mərhələsinə dəvət ediləcək. İsmayıllıda T.Babazadənin "Əsgər papağı” tamaşası göstərilib. Qəbələ rayon mədəniyyət mərkəzinin İ.Qutqaşınlı adına xalq teatrı festivala "Göyçək Fatma” nağıl-tamaşası, M.F.Axundzadə adına Şəki şəhər mədəniyyət mərkəzinin xalq teatrı Ş.Qurbanovun "Olmadı elə, oldu belə”, Zaqatala mədəniyyət mərkəzinin xalq teatrı M.S.Ordubadi və S.Rüstəmovun "Beş manatlıq gəlin”, Qax rayonunun xalq teatrı "Saat hekayəsi” tamaşası ilə festivala qatılıb.

Festivalda tamaşalara baxışla yanaşı, peşəkar rejissoraktyorlar tərəfindən xalq teatrlarının üzvlərinə ustad dərsləri keçilir, tövsiyələr verilir.

 

Azərbaycan.- 2019.- 22 iyun.- S.7.