Sosial islahatlar inqilabi xarakter almışdır

 

Son illər Prezident İlham Əliyevin sosial sahədə həyata keçirdiyi islahatlar, atdığı mühüm addımlar miqyasına, təsir dairəsinə əhəmiyyətinə görə həqiqətən inqilabi xarakter almışdır.

Müasir texnologiyalar dövründə hərtərəfli biliklərə yiyələnmiş intellektual peşəkarlara tələbat çoxaldıqca dövlətin elmə, keyfiyyətli təhsilə, bilik əldə edilməsi ilə bağlı bütün strukturlara kapital qoyuluşu artır, həmin strukturlarda çalışan insanların maddi rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısının 18 iyun tarixli sərəncamları bir daha göstərdi ki, iqtisadiyyat sahəsində bugünədək aparılan siyasətin, çoxsaylı radikal islahatların mərkəzində son hədəf kimi Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəldilməsi durur.

Sərəncamların birində dövlət büdcəsindən maliyyələşdirilən bir sıra elm mədəniyyət müəssisələrində çalışan insanların əməkhaqlarının artırılması nəzərdə tutulur. Bu müəssisələr arasında "Azərbaycan Milli EnsiklopediyasıElmi Mərkəzinin olması kollektivimiz tərəfindən sevinclə qarşılanmış, bizi səfərbər etmiş, hər birimizi öz vəzifə vətəndaşlıq borcunu xalqa daha ləyaqətlə, şövqlə qaytarmağa ruhlandırmışdır.

Onu da qeyd etməliyəm ki, ensiklopediyanın maarifçilik funksiyasını yüksək qiymətləndirən ölkə rəhbəri Azərbaycan Milli Ensiklopediyası Redaksiya Heyətinin sədri kimi ensiklopediya kollektivinə hər zaman böyük diqqət qayğı ilə yanaşmış, qarşımıza çıxan bütün problemlərin həllinə yaxından kömək etmişdir. Azərbaycan Prezidentinin sərəncamı ilə kollektiv üçün Akademiya şəhərciyində yeni, möhtəşəm, funksional cəhətdən bütün müasir tələblərə cavab verən bina inşa edilmiş 2014-cü il mayın 5-də kollektivin istifadəsinə verilmişdir. Prezidentin 24 noyabr 2015-cil il tarixli sərəncamı ilə Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi qərara alındı. Bir ay sonra yubiley münasibətilə ensiklopediyanın bir qrup əməkdaşının orden, medal fəxri adlarla təltif edilməsi barədə sərəncam verildi. Bütün bunlar dövlətin ensiklopediya nəşrinə olduqca böyük əhəmiyyət verdiyini əks etdirir biz kollektivimizə göstərilən bu etimadı ardıcıl olaraq fəaliyyətimizlə doğrultmağa çalışırıq.

Yetişən gəncliyin maariflənməsi yönündə Milli Ensiklopediyanın əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin göstərişi ilə ensiklopediya cildlərinin kitabxana variantı (hər cildin 25 min nüsxəsi) respublikanın bütün kitabxanalarına, mədəniyyət qurumlarına, ali orta məktəblərinə pulsuz paylanılır.

İnsanların zəruri bilikləri əldə etməsində mənimsəməsində universal ensiklopediyaların rolu olduqca böyükdür. İnternet digər elektron informasiya vasitələrindən fərqli olaraq, ensiklopediyalar daha zəngin, dəqiq yoxlanılmış materialları özündə ehtiva etməklə oxucu üçün daha məqsədəuyğun informasiya mənbəyidir.

Milli universal ensiklopediyalar, o cümlədən Azərbaycan Milli Ensiklopediyası oxucuların informasiyaya artan tələbatını ödəməklə yanaşı, cəmiyyətin sosial toplum kimi birləşməsinə müsbət təsir göstərir. Ensiklopediya ona qoyulan xərcləri ancaq xalqın maariflənməsinə verdiyi töhfələrlə qaytara bilir. Çünki ölkənin cəmiyyətin uğurları yalnız yüzlərlə görkəmli şəxsiyyətlərdən deyil, həm milyonlarla yaxşı təhsil almış savadlı insanlardan asılıdır.

 

Tofiq NAĞIYEV,

"Azərbaycan Milli Ensiklopediyası

Elmi Mərkəzinin direktoru, akademik

 

Azərbaycan.- 2019.- 25 iyun.- S.1; 6.