Sloveniya Respublikasının
Prezidenti Zati-aliləri
cənab Borut Pahora
Hörmətli cənab
Prezident,
Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik
Günü münasibətilə
Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
yetirirəm.
İnanıram ki, ölkələrimiz arasındakı münasibətlər
xalqlarımızın mənafelərinə
uyğun olaraq daim dostluq və
əməkdaşlıq məcrasında
inkişaf edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Sloveniya xalqına
əmin-amanlıq və
rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 21 iyun
2019-cu il.
Azərbaycan.- 2019.-25 iyun.- S.3.