Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

 

Monteneqronun Baş Naziri Duşko Markoviç iyunun 23-də Azərbaycana rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Monteneqro hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Monteneqronun Baş Naziri Duşko Markoviçi hava limanında Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov və digər rəsmi şəxslər qarşıladılar. Azərbaycan və Monteneqronun dövlət himnləri səsləndirildi.

 

Azərbaycan.- 2019.-25 iyun.- S.6.