Güclülər sırasında
yer alan
Azərbaycan Ordusu
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz
özünün döyüş
qabiliyyətini və imkanlarını sürətlə
artırır
21 ildir ki, iyunun 26-sı - Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı
gün ölkəmizdə
ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixiləşməsinin
müəllifi müasir
Azərbaycan Ordusunun qurucusu, xalqımızın
ümummilli lideri Heydər Əliyevdir.
Ulu öndərin
1998-ci il mayın 22-də imzaladığı
fərmanla 1918-ci ildə
Əlahiddə Azərbaycan
Korpusunun yarandığı
gün - 26 İyun Azərbaycan Respublikasının
Silahlı Qüvvələr
Günü elan edildi. Ümummilli lider Heydər
Əliyevin bu fərmanı tarixi həqiqətin təsdiqi və Milli Ordu
quruculuğunda varislik
ənənələrinin bərpası
istiqamətində çox
mühüm sənəddir.
1998-ci il
iyunun 25-də Azərbaycan
Ordusunun yaradılmasının
80 illiyinə həsr olunmuş təntənəli
yubiley mərasimində
ulu öndər bu barədə demişdir: "Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur.
Çünki 80 il bundan öncə məhz bu gün
Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin
müstəqilliyini elan
edən Xalq Cümhuriyyətinin, müstəqil
Azərbaycanı qurub-yaradan,
hələ Gəncədə
fəaliyyət göstərən
hökumətin ilk addımlarından
biri Azərbaycanın
Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma
böyük hörmət
əlaməti olaraq
biz 26 iyun gününü
Azərbaycanın Silahlı
Qüvvələri, ordusu
günü elan etmişik”.
Ordu ölkənin suverenliyi və ərazi bütövlüyünü təmin
etmək üçün
əsas qüvvə olaraq dövlətçiliyin
sütunlarından biridir. Odur ki, Azərbaycanın zəngin
dövlətçilik tarixində
güclü ordunun vacibliyi hər zaman prioritet məsələlərdən olmuşdur.
Müasir Azərbaycan dövlət
müstəqilliyinin bərpasına
1991-ci ildə nail olsa
da, vahid komandanlığa əsaslanan
nizami və mütəşəkkil, ən
əsası müstəqilliyimizə
və dövlətçiliyimizə
qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa
qadir olan ordunun yaradılması ümummilli lider Heydər Əliyevin
1993-cü ildə xalqın
təkidli tələbi
ilə hakimiyyətə
qayıdışından sonra
mümkünləşdi. Ulu öndərin rəhbərliyi
ilə dövlətçilik
ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə
həyata keçirilən
dövlət quruculuğunun
ən şərəfli
və parlaq səhifələrindən biri
bu gün qüdrətlənən gücü
ilə qürurlandığımız
Azərbaycan Ordusudur.
Ulu öndərin qanunsuz silahlı dəstələrin
fəaliyyətinə son qoymaqla
başlatdığı ordu
quruculuğunun effektiv
nəticələri artıq
1993-cü ilin sonu,
1994-cü ilin əvvəllərində
özünü göstərməyə
başladı. Başlanğıcını
1993-cü il noyabrın
2-dən - ulu öndərin
xalqa müraciətindən
götürən və
tarixə Heydər Əliyevin ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və mərkəzi komandanlığa
tabe olan hərbi birləşmələr
nəinki Ermənistanın
güclənən hücumlarının
qarşısını böyük
mətinliklə aldılar,
eyni zamanda bu birləşmələr
1993-cü ilin sonu,
1994-cü ilin əvvəllərində
Füzuli istiqamətində,
Murovda yüksək peşəkarlıqla uğurlu
hərbi əməliyyatlar
keçirərək çoxsaylı
yaşayış məntəqələrini,
strateji əhəmiyyət
kəsb edən yüksəklikləri düşməndən
azad etdilər.
Heydər Əliyev müdrik siyasətçi və böyük sərkərdə
idi. Onun Ali Baş Komandanlığı
ilə tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması
tam başa çatdırıldı.
Dövlətçiliyi və hərbi
andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf
bilən, mənəvi
baxımdan sağlam olan zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb
edildilər. Şəxsi heyətin
mənəvi-psixoloji hazırlığına,
döyüş ruhunun
yüksəldilməsinə diqqət artırıldı,
hərbi vətənpərvərlik
işi gücləndirildi.
Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə
yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti
nizama salındı.
Ordu quruculuğunun ən müxtəlif sahələri
ilə bağlı zəruri olan qanunlar qəbul edildi, Silahlı Qüvvələrin mükəmməl
qanunvericilik bazası və hərbi təhsil sistemi yaradıldı.
Heydər Əliyevin ölkənin təhlükəsizliyi və
ordu quruculuğu ilə bağlı müəyyən etdiyi strateji vəzifələr
bu gün də sürətlə yerinə yetirilir.
Hələ 2003-cü ildə
andiçmə mərasimindəki
nitqi zamanı Prezident İlham Əliyev deyirdi: "Azərbaycanda ordu quruculuğu sahəsində
də böyük işlər görülmüşdür.
Ölkəmizdə güclü
ordu yaradılmışdır
və bu proses davam edəcəkdir.
Bu məsələ daim mənim diqqət mərkəzimdə
olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır.
O, qarşıda duran bütün məsələləri
həll etmək iqtidarında olmalıdır.
Əminəm ki, Azərbaycanın
iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə
yetirməsinə imkan
verəcəkdir”.
Ötən 16 il Azərbaycanda bütün sahələrdə
Heydər Əliyev ideyalarının zəfər
çalması ilə
əlamətdardır. Hər bir
sahədəki yüksəliş,
inkişaf göstəriciləri
ulu öndərin müəyyən etdiyi strateji kursun Prezident İlham Əliyevin rəhbərliyi
ilə uğurlu davamının məntiqi nəticəsidir. Ordu quruculuğu
da bu sırada
xüsusilə diqqəti
çəkir. Bu dövrdə
Azərbaycan Ordusu regionun ən qüdrətli hərbi gücünə çevrilib
və İlham Əliyevin hələ 16 il əvvəl
qarşıya qoyduğu
məqsədlər bu
gün real həyatda öz təcəssümünü
tapır.
Azərbaycanda ordu quruculuğunun müasir standartlara uyğun həyata keçirilməsinin, döyüş
hazırlığının ən müasir tələblərə cavab
verə biləcək
səviyyəyə çatdırılmasının
prioritet vəzifələr
kimi müəyyənləşdirilməsi
ölkə ictimaiyyəti
tərəfindən razılıqla
qarşılanır. Çünki ordu məsələlərinə
yüksək diqqət
yetirilərək onun gücləndirilməsi Ermənistanla
aparılan danışıqların
ölkəmiz üçün
ədalətli şəkildə
yekunlaşmayacağı təqdirdə,
işğal altında
olan ərazilərin azad edilməsi üçün Azərbaycanın
üstünlüyünü təmin edir. Ermənistanda bunu yaxşı
bilir və haqlı olaraq narahatlıq keçirirlər.
2016-cı ilin aprel hadisələri bunun əyani təsdiqi oldu. Atəşkəs rejimi ərzində
ayrı-ayrı vaxtlarda
cəbhə xəttində
düşmən tərəfindən
təxribatlar çox
olub və bunların hər birinin qarşısı ordumuz tərəfindən
qətiyyətlə alınıb.
Aprel hadisələri zamanı isə cəbhənin Tərtər və Füzuli istiqamətlərində
baş verənlər,
yəni erməni hərbi birləşmələrinin
təxribatlarının qarşısının
alınması zamanı
keçirilən hərbi
əməliyyatlar Azərbaycan
Silahlı Qüvvələrinin
gücünün praktik
təsdiqi oldu.
Naxçıvanda Günnüt kəndinin işğaldan azad olunması və Ermənistanla sərhəddə
strateji yüksəkliklərin
ələ keçirilməsi
Azərbaycan Silahlı
Qüvvələrinin 2016-cı ilin Aprel qələbəsindən
sonra növbəti zəfəri oldu. Xalq Cümhuriyyətinin
və ordumuzun yaradılmasının 100-cü ildönümünə təsadüf
edən bu hadisə cəmiyyətimizin
xoş ovqatını
daha da artırdı,
düşmən üzərindəki
qələbə gününün
o qədər də uzaqda olmadığını
göstərdi. Hər birimiz
növbəti dəfə
ordumuzdakı qalibiyyət
əzminin şahidi olduq.
Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda da görüb. Ölkəmizin hərbi qüdrətinin nümayişi olan belə paradlarda xalqımız və beynəlxalq ictimaiyyət Azərbaycanın mükəmməl hərbi gücə malik olduğuna şahidlik edib. Təsdiq olunub ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Və dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar ölkəmizdə də var. Ən müasir tanklar, piyada döyüş maşınları, zirehli transportyorlar, zenit raket sistemləri, artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, taktiki raket və minaatan kompleksləri, ağır odatan sistemlər, pilotsuz uçuş aparatları və digər texnikalar Azərbaycana öz hərbi potensialını əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verib. O cümlədən hava hücumundan müdafiə sistemimiz hava məkanımızı inamlı şəkildə nəzarətdə saxlayır. Bu istiqamətdə ordumuzun döyüş qabiliyyəti ən yaxşı silah istehsalçılarının texnologiyaları ilə güclənib.
Bu gün Azərbaycanın güclü ordusu var. Dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələri müasir texnika ilə təchiz edilmiş, qarşısında duran bütün vəzifələri həll etməyə qadir, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik qüdrətli, peşəkar və mübariz hərbi gücdür. Ordu quruculuğu prosesi isə davamlıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bu işlər səngimədən, dayanmadan, sürətlə və uğurla davam etdirilir. Təbii ki, ölkəmizin iqtisadi inkişafı dərinləşdikcə, dövlətimizin maliyyə imkanları çoxaldıqca ordumuz daha da qüdrətlənəcək. Ən əsası sülh danışıqları nəticə verməyəcəyi təqdirdə Azərbaycan Ordusu öz şərəfli missiyasını layiqincə yerinə yetirəcək.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2019.- 26 iyun.- S.1; 5.