Prezident İlham
Əliyev Ramil Usubovu Təhlükəsizik
Şurasının katibi
vəzifəsinə təyin
olunması münasibətilə
qəbul edib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev iyunun 25-də Ramil Usubovu Təhlükəsizik
Şurasının katibi
vəzifəsinə təyin
olunması münasibətilə
qəbul edib.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı
Ramil Usubovun uzun illər Daxili İşlər naziri vəzifəsini uğurla icra etdiyini bildirdi. Bu gün Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev ölkə qarşısında
duran vəzifələrin
lazımi səviyyədə
icrası üçün
təhlükəsizlik tədbirlərinin
daim gündəlikdə
olmasının önəmini
qeyd etdi. Prezident İlham Əliyev Ramil Usubovun Təhlükəsizlik Şurasının
katibi kimi məsul vəzifənin öhdəsindən layiqincə
gələcəyinə əminliyini
ifadə etdi və ona fəaliyyətində
uğurlar arzuladı.
Ramil Usubov ona etimad
göstərib Təhlükəsizlik
Şurasının katibi
kimi məsul vəzifəyə təyin
edilməsi ilə əlaqədar dövlətimizin
başçısına minnətdarlığını
ifadə etdi. O bildirdi
ki, Daxili İşlər naziri vəzifəsində çalışdığı
uzun illər ərzində rəhbərlik
etdiyi nazirlik öz fəaliyyətində
xalqımızın ümummilli
lideri Heydər Əliyevin, sonrakı dövrlərdə isə
Prezident İlham Əliyevin yüksək diqqət və qayğısını daim
hiss edib. Ramil Usubov Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sabitliyin,
əmin-amanlığın təmin olunması istiqamətində həyata
keçirilən tədbirlərin
böyük əhəmiyyət
daşıdığını xüsusi olaraq vurğuladı. O, Təhlükəsizlik
Şurasının katibi
vəzifəsində ona
göstərilən yüksək
etimadı doğrultmaq
üçün səylərini
əsirgəməcəyini bildirdi.
Azərbaycan.- 2019.- 26 iyun.- S.1.