Azərbaycan Hökuməti BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
ilə sıx əlaqələrə malikdir
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə sıx əlaqələrə malikdir. Kənd təsərrüfatının inkişafı Azərbaycan dövlətinin diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Baş Nazirin müavini Əli Əhmədov iyunun 25-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktorunun müavini Nabil Qanqi ilə görüşdə deyib.
Baş Nazirin müavini qeyd edib ki, Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin edə bilib. Bu sahədə heç bir çatışmazlıq yoxdur. Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı ilə də bağlı işlər görür. Bundan başqa, Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Bu təşkilat əhalinin təhlükəsiz qida ilə təmin olunması ilə yanaşı, məhsulların ixracı istiqamətində də işlər görür.
Nabil Qanqi Azərbaycanın qısa müddətdə
kənd təsərrüfatı sahəsində xeyli uğurlar əldə
etdiyini söyləyib. O vurğulayıb ki, Azərbaycan bu sahə
ilə bağlı, eyni zamanda,
beynəlxalq gündəlikdə olan məsələlərin
həllində də yaxından iştirak
edir.
Azərbaycan.- 2019.-26 iyun.- S.3.