Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Minskdə keçirilən II Avropa Oyunları çərçivəsində Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla görüşündən danışıb.

AZƏRTAC"Vestnik Kavkaza” agentliyinə istinadla xəbər verir ki, Leyla Əliyeva Azərbaycan Respublikası və Çeçenistan Respublikası arasında ekologiya və ətraf mühitin mühafizəsi sahəsində yeni birgə layihələrin hazırlanıb həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

"Bizim aramızda qısa və təsadüfi görüş oldu. Ramzan Kadırov çox xoş, səmimi və pozitiv insandır” deyən Leyla Əliyeva Çeçenistanın başçısının bu görüşdən sonra özünün Vkontakte səhifəsində Azərbaycan haqqında yazdığı sözlərdən sevindiyini qeyd edib.

Leyla Əliyeva Çeçenistana səfər edəcəyinə ümidvar olduğunu bildirib. Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib: "Biz birlikdə bir çox sahələrdə, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi üzrə xeyirxah işlər görə bilərik. Həmçinin himayəyə ehtiyacı olan uşaqlarla bağlı birgə fəaliyyət göstərmək olar. Ümidvaram ki, Heydər Əliyev Fondunun adından həmin respublikaya səfərim və bu cür birgə layihələrdə iştirakım mümkün olacaq”.

Heydər Əliyev Fondunun vitse-prezidenti əlavə edib: "Mən bilirəm ki, Çeçenistanda musiqiyə böyük qiymət verirlər, axı məhz musiqi dünyanı gözəlləşdirir. Ona görə bu respublikada konsert təşkil etmək olar”.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla Minskdə keçirdiyi görüş haqqında Çeçenistan rəhbərinin Vkontakte səhifəsində bəhs edilib. Ramzan Kadırov vurğulayıb ki, Azərbaycan ən yaxın qonşuRusiya üçün dost ölkədir. O yazıb: "Dövlətlərimiz arasında bütün sahələrdə ən yaxın əlaqələr yaranıb və inkişaf edir. Bu, Rusiya və Azərbaycanın liderləri – prezidentlər Vladimir Putinİlham Əliyevin böyük xidmətlərinin nəticəsidir. Mənimlə İlham Heydər oğlu arasında olduqca səmimi münasibətlər formalaşıb. Ona görə də Minskdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşməyimə çox şad oldum. Leyla İlham qızı gözəl təhsilli, ziyalı qız kimi bütün həyatını dünyada xeyirxahlıq və şəfqət ideyalarının yayılmasına həsr edibbu yolda böyük uğurlar əldə edib. O, İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir. Leyla İlham qızı şeirlər yazır, jurnal redaktorudur. Bütün bunlar Azərbaycanın dünyada müsbət imicinin yaranmasına kömək edir. Mən İlham Heydər oğlu ilə görüşlərimlə bağlı öz xatirələrimi minnətdarlıq hissi ilə bölüşdüm. Biz Azərbaycan və Çeçenistan arasında dostluq əlaqələrinə yeni təkan vermək barədə razılıq əldə etdik. Bu il Leyla İlham qızını Qroznıda qarşılamağa şad olacağıq, mədəni, idmanhumanitar əlaqələri genişləndirəcəyik”.

 

Azərbaycan.- 2019.-26 iyun.- S.4.