Dövlətin sosial siyasətinin davamlı olduğu növbəti dəfə təsdiqləndi

 

Prezidentin yeni sərəncamları 2 milyondan çox insanın rifahının daha da yaxşılaşdırılmasını təmin edəcək

 

Bu ilin əvvəlindən Prezident İlham Əliyev tərəfindən ölkə əhalisinin rifah halını daha da yaxşılaşdırmaq məqsədilə iki dəfə sanballı sosial paket təqdim edilib. Əvvəla, insanların güzəranını, dolanışıq səviyyəsini yüksəltmək üçün bir ildə iki dəfə, həm də aralarındakı vaxt məsafəsi bir neçə ay olmaqla, mühüm sərəncamların imzalanmasının özü nadir haldır. Prezidentin imzaladığı bu sərəncamlar dövlətin sosial sahədə apardığı siyasətin ardıcıllığını təsdiqləyir, davamlı tədbirlərin növbəti mərhələsi kimi dəyərləndirilir.

Son illərdə Azərbaycanda insanların rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Bu da ölkəmizin dinamik iqtisadi inkişafından, maliyyə resurslarının artmasından və dövlətimizin vətəndaşın rifahına yönəldilən sosial siyasətindən qaynaqlanır. Son 15 il ərzində maaşların 7, pensiyaların 9 dəfə artırılması deyilənlərə misaldır.

Azərbaycanın əldə etdiyi gəlirlər imkan verir ki, sosial məsələlər daha ardıcıl həll olunsun. Beləliklə, ilin əvvəlində Prezidentin sərəncamı ilə böyükhəcmli sosial paket təqdim və təsdiq edildi. Həmin sosial paket çərçivəsində imzalanan qanunvericilik aktları 3 milyon nəfərə yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu. Həmin məqsədlər üçün 1,5 milyard manat vəsait ayrıldı. Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı demişdir: "Bu prosesə hazırlığı biz keçən ildən başlamışıq və prezident seçkilərindən sonra andiçmə mərasimində əslində, görüləcək işlərlə bağlı mənim tərəfimdən göstərişlər verildi, yeni yanaşmanın konturları müəyyən edildi. Əlavə maliyyə vəsaiti imkan verir ki, biz sosial sahəni daha da gücləndirək”.

Bu ilin əvvəlində sözügedən paketlə minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır. Artım eləcə də tələbələrin təqaüdündə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlərdə özünü göstərmişdir.

Xatırladaq ki, keçən il prezident seçkilərindən sonra dövlət başçısının imzaladığı ilk fərman şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı oldu. Fərmanın icra edilməsi 12 mindən çox şəhid ailəsinin dövlət tərəfindən 11 min məbləğində vəsait alacağını nəzərdə tuturdu ki, bu da öz müsbət həllini tapdı. Daha bir önəmli məsələ problemli kreditlərlə bağlı idi. Bu məsələ də dövlətimiz tərəfindən cari ildə yüksək səviyyədə həll olundu.

Bütün buya digər tədbirlər Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşın dayandığını sübut edir. Bu siyasət təkcə maaşların, pensiyaların, təqaüd və müavinətlərin artırılması ilə ifadə olunmur. Gündəmdə duran vacib məsələlərdən biri yeni yerlərinin yaradılmasıdır və bu prosesuğurla davam etdirilir. Son 15 ildə 2 milyon yeni yeri yaradılıb. Prezident İlham Əliyev yerlərinin yaradılmasının daimi proses olmasını prioritetlərdən biri kimi elan edib: "İş yerlərinin yaradılması üçün sərmayə qoyuluşu əsas vəzifədir. Dövlət tərəfindən yaradılan yerləri, sadəcə olaraq, sosial xarakter alır. Biz bunu edirik və edəcəyik. Ancaq bu missiyanı özəl sektor sərmayə qoyuluşu hesabına öz üzərinə götürməlidir. Sərmayə qoyuluşu olmasa, yerləri necə yaradıla bilər?! Dövlət daim yerlərini yarada bilməz. Biz, sadəcə olaraq, işsizliyin azaldılması üçün bu işləri görürük. Bildirməliyəm ki, bu il 40 min ödənişli ictimai yeri açılır. Mənə verilən məlumata görə, artıq 35 min insan bu il ödənişli ictimai işlərlə təmin edilib. Bu, yenə də deyirəm, sosial təşəbbüsdür, sosial dəstəkdir”.

Əhalinin rifahına yönəldilən əməli tədbirlərdən biri də məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Son illərdə ölkənin müxtəlif şəhər və bölgələrində bu insanlar üçün yüzdən çox şəhərcik salınıb. Təkcə keçən il 5800-dən çox məcburi köçkün ailəsinə yeni evlər və mənzillər verilib. Bu göstərici ondan əvvəlki illərdə verilən ev və mənzillərin sayını üstələyib. Bununla yanaşı, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 620-dən çox mənzil təqdim edilib. Bu proses də davamlıdır. Yəni cari ildə də bir sıra məcburi köçkünlərin mənzil şəraiti yaxşılaşdırılacaq.

Dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının sosial təminatının və rifahının dayandığını özündə ehtiva edən digər addım, Prezidentin cari ilin iyun ayında imzaladığı çoxsaylı sərəncamlardır. Bu sərəncamlar 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan insanların maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Belə ki, həmin sərəncamlardan birinə əsasən, minimum əməkhaqqının məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılıb. Qeyd edək ki, bu, özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın insanın əməkhaqqının artmasına səbəb olacaq.

İmzalanmış sərəncamlar, eləcə də dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz artırılmasını təmin edəcək. Dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılması nəzərdə tutulub. Dövlət büdcəsindən maliyyələşən digər təşkilatlarda çalışan əməkçilərin aylıq vəzifə maaşları indikindən orta hesabla 40 faiz artıq olacaq. Bu təşkilatların sırasında AMEA-nın Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi və digərləri var.

Nazirlər Kabinetinə sözügedən vəzifə maaşlarının bu il sentyabrın 1-dən artırılmasını təmin etmək tapşırılıb.

Bütün bunlar Prezident İlham Əliyevin bəyan etdiyi sosial islahatların başlıca prinsipi, iqtisadi sahədə əldə edilmiş böyük uğurların sosial sferaya transformasiyası, ölkə vətəndaşlarının rifahına qayğının göstəricisi deməkdir. Bunlar ölkədə dövlət-vətəndaş etimad mühitini dərinləşdirir və Azərbaycanda aparılan sosial siyasətin alternativsiz olduğunu göstərir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.-26 iyun.- S.1; 5.