Hollandiya təkcə qızılgüllər diyarı deyil

 

Avropanın bu kiçik ölkəsi kənd təsərrüfatı məhsullarının ixracında dünya ikincisidir

 

Son dövrlər dünyada kənd təsərrüfatının inkişafına maraq xeyli artıb. Bunun bir neçə səbəbi var. İlkin səbəb əsrlərboyu torpaqlardan səmərəli istifadə edilmədiyi üçün məhsuldarlığını itirməsi, həmin səbəbdən məhsuldar torpaq sahələrinin azalmasıdır.

Digər tərəfdən, dünya əhalisi sürətlə artdığından kənd təsərrüfatı məhsullarına olan tələbat çoxalıb. Yəni tələb və təklifi uyğunlaşdırmaq üçün məhsul istehsalının artırılması zərurəti yaranıb.

Bütün bunların fonunda dünyada neftqazdan sonra ərzaq məhsulları da siyasi təzyiq vasitəsinə çevrilib. Xüsusilə ən çox tələbat olan taxıl satışından bu "qara” məqsəd üçün istifadə edilməsinə başlanıb. Bununla enerji resursları kimi, ərzaq məhsullarının da strateji əhəmiyyəti artıb. Odur ki, bütün ölkələr özünün ərzaq təhlükəsizliyinin qeydinə qalaraq zəruri tədbirlər görür.

Dünyada kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün intensiv şəkildə müasir texnikatexnologiyalardan istifadə edilir. Bu yolla məhsuldarlıq artırılır, maya dəyəri aşağı salınır ki, istehsal edilən məhsul gəlirli olsun. İnkişaf etmiş ölkələrdə bu sahədə böyük nailiyyətlər qazanılıb.

Hollandiyanın ərazisi 42 min kvadratkilometrdir. Üstəlik, Avropanın şimalında yerləşdiyindən iqlimi kənd təsərrüfatı üçün əlverişli deyil. Lakin bu ölkə aqrar sektorda müasir texnikatexnologiyalardan istifadə edərək yüksək məhsuldarlığa nail olur. Kiçik ölkə olan Hollandiya aqrar sektordan ildə 100 milyard dollar gəlir əldə etməklə kənd təsərrüfatı məhsullarının ixracına görə dünyada ABŞ-dan sonra ikinci yeri tutur.

Hazırda Hollandiyada kənd təsərrüfatı sektorundakı müəssisələrin sayı 65 mindən çoxdur. Ölkənin ən böyük 5 aqrar ixrac məhsulunun ümumi dəyəri 34,8 milyard avrodur. Hollandiya bəzək bitkiləri və tərəvəz məhsulları ixracında dünyada liderdir, ət ixracında 4-cü, südsüd məhsulları ixracında 3-cü, maye və qatı yağ ixracında 4-cü yerdədir. Müqayisə üçün deyək ki, bu, ərazisi bir neçə dəfə Hollandiyadan böyük olan Türkiyənin ixracatından 5 dəfə çoxdur.

Ölkə üzrə yüksək nailiyyətlər bununla bitmir. Avropanın bu kiçik ölkəsi həmin qitədən ixrac olunan kənd təsərrüfatı məhsullarının dörddə birinə sahibdir. Dünyanın ən böyük qidaiçki şirkətlərindən 4-ü məhz bu ölkədədir. Ölkə quşçuluq və qırmızı ət emalı, çörək və pendir istehsalında qlobal bazarda da liderdir.

Digər fakt: aqrar sektorda məhsuldarlıq Hollandiyada Avropanın digər ölkələrindən 5 dəfə yüksəkdir.

Bəs Hollandiya buna necə nail olur? İlk növbədə uğurlu məqsədyönlü aqrar siyasət sayəsində. Elm texnologiyanın inkişafı nəzərə alınaraq bu sektorda innovativ məhsul xidmətlər daim inkişaf etdirilir. Ötən onilliklər ərzində Hollandiya kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün məqsədyönlü istehsal zəncirinin yeniləşməsinə davamlı investisiya qoyaraq beynəlxalq rəqiblər üzərində liderliyini qoruya bilir. Yəni davamlı şəkildə aqrar sektora qoyulan investisiya onun rəqabətqabiliyyətliliyini artırır bazarda mövqeyini möhkəmləndirir. Bununla holland fermerlər kənd təsərrüfatı istehsalı zəncirindən tam effektli şəkildə faydalanırlar. Qeyd edək ki, bu üsul Hollandiyanın aqrar sektorda uğur qazanmasının ən əsas səbəblərindən biridir. Çünki istehsal zəncirinin məqsədi aqrar sektorda yenilikçi, sosial məsuliyyətli davamlı üsullardan istifadə edərək daha səmərəli qiymət keyfiyyət göstəriciləri ilə məhsul istehsal etməkdir.

Hollandiyada hər növ kənd təsərrüfatı qida məhsullarından səmərəli istifadə etmək üçün yüksək emal sənayesi yaradılıb. Burada müasir dövrün tələblərinə cavab verən avtomatlaşdırılmış avadanlıqlardan istifadə edilir. Ölkə təkcə bu texnologiyalardan istifadə etməklə kifayətlənmir, eyni zamanda, onların istehsalını ixracını da həyata keçirir.

Bu ölkədə kənd təsərrüfatının inkişafında aqrar sahə mühüm rol oynayır. Bu baxımdan dünyanın ən yaxşı kadrları da Hollandiyada hazırlanır. Həmin kadrlar kənd təsərrüfatı sahəsində dünyanın ən uğurlu təhsil müəssisəi sayılan Hollandiyanın Wageningen Universitetinin yetirmələridir. Məhz belə kadrlar sayəsində ölkədə torpaq qıtlığı nəzərə alınaraq, dünyada ilk dəfə su üzərində üzən fermer təsərrüfatları yaradılacaq. "Floating Farm” adı verilən təsərrüfatların birində 40 inək, digər təsərrüfatda 6 min toyuq yetişdiriləcək.

Bizim ölkədə aparılan uğurlu aqrar islahatları sayəsində məhsul istehsalı ildən-ilə artır. Çalışılır ki, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən istifadə olunaraq uğurlar daha da artsın. Bu istiqamətdə yeni bir fakt: Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları İxracatçıları Assosiasiyası ilə Azərbaycan-Hollandiya İşgüzar Mərkəzi (Business Hub) arasında əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb. Məqsəd elmi əsaslara söykənən birgə layihə proqramların ölkəmizdə həyata keçirilməsidir. Azərbaycan kənd təsərrüfatı sahəsində zəngin təcrübəyə, mükəmməl idarəetmə sisteminə, müasir texnika texnologiyalara sahib olan Hollandiya ilə əməkdaşlıq etməklə aqrar sektorda qazanılan uğurları daha da artıra bilər.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2019.- 26 iyun.- S.10.