Mehriban Əliyeva: “Bizim
ordumuzun əsas gücü
Azərbaycanın əsgər və zabitlərinin döyüş ruhu və
vətənə hədsiz sevgisidir”
Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü
münasibətilə Azərbaycan
xalqını təbrik
edib.
AZƏRTAC xəbər
verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstaqram” səhifəsində edilən
paylaşımda deyilir:
Əziz həmvətənlər!
Əziz hərbi
qulluqçular və veteranlar!
Bu gün
biz Azərbaycan Silahlı
Qüvvələri Gününü
qeyd edirik. Bu, hərbi rəşadət,
şərəf və
igidlik bayramıdır.
Bu gün biz həyatını
riskə məruz qoyaraq Vətənimizi müdafiə edənlərin
qəhrəmanlığına ehtiramımızı bildiririk.
Silahlı Qüvvələr Günü
əsl ümumxalq bayramıdır. Ordu bizim dövlətçiliyimizin,
təhlükəsizliyin və
sabitliyin dayağıdır.
Dövlətin hərbi qüdrəti
bir çox amillərlə şərtlənir.
Lakin bizim ordumuzun əsas gücü Azərbaycanın əsgər
və zabitlərinin döyüş ruhu və Vətənə hədsiz sevgisidir.
Əziz hərbçilərimiz!
Biz sizin mərdliyiniz,
şücaətiniz və ən yüksək peşəkarlığınızla
fəxr edirik. Bu əlamətdar
bayram münasibətilə sizi ürəkdən təbrik edirəm".
Azərbaycan.-
2019.-28 iyun.- S.1.