BMT-nin Dövlət Xidmətləri Forumu
çərçivəsində növbəti plenar
sessiya keçirilib
Plenar sessiya “Transformasiyanı şərtləndirən
innovasiyalar” mövzusuna
həsr olunub
Birləşmiş Millətlər
Təşkilatının və
Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
birgə təşkilatçılığı
ilə keçirilən
BMT-nin Dövlət Xidmətləri Forumu iyunun 26-da işini davam etdirib.
AZƏRTAC xəbər
verir ki, Misirin Qahirə Amerika Universitetinin Qlobal Məsələlər
və Dövlət Siyasəti Məktəbinin
professoru Laila El Baradeyin moderatorluğu ilə “Transformasiyanı şərtləndirən innovasiyalar”
mövzusunda keçirilən
plenar sessiyada "Gogontlejang Phaladi Ümid Sütunu" Təşkilatının (GPPHO) təsisçisi və icraçı direktoru Gogontlejang Faladi, "Blockchain Global" şirkətinin
təsisçisi və
baş icraçı
direktoru Sam Li, Böyük
Britaniyanın Telekommunikasiyalar
Təşkilatının İKT üzrə İnkişaf Bölməsinin rəhbəri
Gisa Fuatai Purcell, Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin
direktoru Tağı Tağızadə çıxış
ediblər.
“İnnovasiyalar Mərkəzi”nin startapların və innovativ sahibkarlığın
təşviqi üçün
işlər gördüyünü
deyən qurumun direktoru Tağı Tağızadə bildirib:
"Startapların alət
və məhsullarını
biznesə gətirməyə
çalışırıq. Burada müəyyən çətinliklər
də var. Lakin ölkələr arasında
körpü qurulması
startaplara yeni investorların tapılmasına
kömək edir.
Startapların mal və məhsullarının
bazara çıxarılması
üçün infrastruktur
yaradılması vacibdir.
Azərbaycanda innovasiyanın təşviqi
və startap hərəkatının genişləndirilməsi
üçün Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya
və Akselerasiya Mərkəzi fəaliyyət
göstərir".
Mərkəzin direktoru
qeyd edib ki, innovasiya və rəqəmsal texnologiyalar Dayanıqlı
İnkişaf Məqsədlərinə
(DİM) nail olunmasında mühüm
rola malikdir. O, 2030-cu ilədək DİM-in bütün
məqsədlərinə nail olunacağına ümid etdiyini bildirib.
Digər çıxış
edənlər təmsil
etdikləri qurumların
gördüyü işlər
haqqında ətraflı
məlumat verib, forumun DİM-ə nail olunmasında
əhəmiyyətli rol
oynayacağına inandıqlarını
diqqətə çatdırıblar.
Plenar sessiyanın ardınca Dövlət Sektorunun İnkişafı İnstitutunun
Dövlət İslahatları
üzrə eksperti Nik Thjis tərəfindən
BMT-nin Dövlət Xidmətləri Forumunun nəticələrinə dair
hesabat təqdim olunub.
Azərbaycan.- 2019.-28 iyun.- S.6.