İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

"İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 3, maddə 571; 2019, ¹ 2, maddə 306) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambulada, 3.1-ci, 3.2-ci və 3.3-cü bəndlərdə "orqanlarının” sözü "qurumlarının” sözü ilə, 3.2.2-ci yarımbənddə "orqanların” sözü "qurumların” sözü ilə əvəz edilsin.

2. 3.4-cü bənddə "istifadə etdiyi” sözləri ", habelə ictimai əhəmiyyətli infrastruktur obyektlərinin fəaliyyətində istifadə olunan” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2019-cu il

 

Azərbaycan.- 2019.- 29 iyun.- S.2.