“Terrorçuluğa
qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş
pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
15-ci və 20-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. "Terrorçuluğa
qarşı mübarizə
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 8, maddə 475; 2001, ¹ 11, maddə 676; 2002, ¹ 5, maddə
258; 2004, ¹ 3, maddə 133; 2005, ¹ 10, maddə 871; 2009, ¹ 2, maddə
46; 2010, ¹ 3, maddə 178; 2014, ¹ 4, maddə 329; 2016, ¹ 6, maddə
1003; 2017, ¹ 7, maddələr 1282, 1292; 2018,
¹ 3, maddə 371) 1-ci maddəsinin
on birinci abzasında
"219-1, 226, 227, 277, 278, 279, 280, 282 və
283-1-ci maddələrində nəzərdə tutulmuş
əməllərin şəxs
və ya qrup (dəstə, təşkilat) tərəfindən
hazırlanmasının, təşkil
olunmasının və
ya törədilməsinin
maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin
törədilməsi məqsədilə
şəxsin və ya həmin məqsədlə
yaradılan qrupun (dəstənin, təşkilatın)
təmin edilməsi” sözləri "219-1, 219-2, 226, 227, 227-1,
270-1, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə
tutulmuş əməllərin
şəxs və ya qrup (dəstə,
təşkilat) tərəfindən
hazırlanmasının, təşkil
olunmasının və
ya törədilməsinin,
yaxud terrorçunun və ya terrorçu
qrupun (dəstənin,
təşkilatın) maliyyələşdirilməsi”
sözləri ilə əvəz edilsin.
Maddə 2. "Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına
və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 2, maddə 58; 2010, ¹ 3, maddə 178, ¹ 4, maddə
276; 2011, ¹ 12, maddə 1104; 2013, ¹ 11, maddə 1274; 2014, ¹ 2, maddə
81, ¹ 10, maddə 1159, ¹ 11, maddə
1361; 2015, ¹ 11, maddə 1294; 2016, ¹ 3, maddə 413; 2017, ¹ 5, maddələr
696, 711, ¹ 7, maddə 1295, ¹ 11, maddə 1959; 2018, ¹ 7 (I kitab),
maddə 1407, ¹ 10, maddə
1973, ¹ 11, maddə 2233; 2019, ¹ 1, maddə 24) 6.5-ci maddəsində
"4.0.9-cu” sözləri "4.1.9-cu” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 may 2019-cu il
Azərbaycan.- 2019.-29 iyun.- S.2.