“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci bəndini rəhbər tutaraq, "Normativ hüquqi aktlar haqqındaAzərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1174-VKQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

"Fövqəladə vəziyyət haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 7, maddə 513; 2006, ¹ 2, maddə 64; 2007, ¹ 6, maddə 560) 4.2-ci maddəsində "rəsmi qaydadasözləri "Normativ hüquqi aktlar haqqındaAzərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraqsözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 may 2019-cu il

 

Azərbaycan.- 2019.-29  iyun.- S.2.