Azərbaycan Respublikası Prezidentinin “Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” 2001-ci il
26 dekabr tarixli 621
nömrəli, “Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi haqqında Əsasnamənin təsdiq
edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli,
“Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin
hesabına dövlət rüsumlarından daxil
olan vəsaitdən istifadə qaydası
haqqında” 2015-ci il 21 dekabr
tarixli 712 nömrəli, “Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində
işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında”
2017-ci il 1 may tarixli 1358 nömrəli fərmanlarında və
“Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 18 dekabr tarixli
819 nömrəli Sərəncamında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Notariat haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 15 noyabr tarixli 1334-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. "Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 26
dekabr tarixli 621 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, ¹ 12, maddə 767; 2006, ¹ 12, maddə 1057; 2008, ¹ 9, maddə
798; 2012, ¹ 6, maddə 547, ¹ 12, maddə 1271; 2013, ¹ 11, maddə
1327, ¹ 12, maddə 1510; 2014, ¹ 4, maddə 360; 2016, ¹ 1, maddə
43, ¹ 5, maddə 883, ¹ 9, maddə
1463, ¹ 11, maddə 1807; 2017, ¹ 3, maddə 370, ¹ 5, maddə
757, ¹ 7, maddə 1377, ¹ 10, maddə
1804, ¹ 12 (I kitab), maddə
2293; 2018, ¹ 6, maddələr 1231, 1239, ¹ 7
(I kitab), maddə 1489,
¹ 12, maddə 2552; 2019, ¹ 1, maddə
95) 2.1-1-ci və 2.1-2-ci bəndlərində
"kontorlarının” sözü
"ofislərinin” sözü
ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 4, maddə
323, ¹ 12, maddə 1034; 2007, ¹ 11, maddə 1105, ¹ 12, maddə
1246; 2009, ¹ 7, maddə 533, ¹ 8, maddə 627, ¹ 10, maddə
773, ¹ 12, maddələr 983, 988; 2010, ¹ 2, maddə 83, ¹ 4, maddə
292, ¹ 11, maddə 966; 2011, ¹ 1, maddə 18, ¹ 2, maddə
85, ¹ 4, maddə 281, ¹ 6, maddə
497, ¹ 10, maddə 894, ¹ 11, maddə
993; 2012, ¹ 10, maddə 950; 2014, ¹ 6, maddə 627, ¹ 7, maddə
820, ¹ 9, maddə 1029; 2016, ¹ 1, maddə 77; 2017, ¹ 2, maddə
184, ¹ 10, maddə 1784; 2018, ¹ 6, maddə 1205, ¹ 7 (I kitab), maddə 1480; 2019, ¹ 3, maddə
431; Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 23
may tarixli 708 nömrəli
Fərmanı) ilə
təsdiq edilmiş
"Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
haqqında Əsasnamə”nin
10.5-ci bəndində "onun
ləğv edilməsi
barədə qanunvericiliklə
müəyyən edilmiş
qaydada məhkəməyə
müraciət etmək
və ya onu qanunvericiliklə müəyyən edilmiş
hallarda ləğv etmək” sözləri
"qanunla müəyyən
edilmiş hallarda şəhadətnaməni ləğv
etmək” sözləri
ilə əvəz edilsin.
3. "Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hesabına dövlət rüsumlarından
daxil olan vəsaitdən istifadə
qaydası haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 21
dekabr tarixli 712 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 12, maddə 1466) 2-ci hissəsində
"kontorlarının” sözü
"ofislərinin” sözü
ilə əvəz edilsin.
4. "Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasında, Azərbaycan
Respublikası Prezidentinin
İşlər İdarəsində
və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən
dövlət qulluqçularının
sosial müdafiəsinin
gücləndirilməsi ilə
bağlı əlavə
tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 1
may tarixli 1358 nömrəli
Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 5, maddə
762, ¹ 11, maddə 2023, ¹ 12 (I kitab), maddə 2343; 2018, ¹
6, maddə 1235, ¹ 9, maddə
1842, ¹ 12 (I kitab), maddələr
2555, 2596, 2603; 2019, ¹ 1, maddə 95) 2.3.2-ci yarımbəndində hər
iki halda "kontorlarının” sözü
"ofislərinin” sözü
ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 18 dekabr tarixli 819 nömrəli Sərəncamı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, ¹ 12 (II kitab), maddə
2671) ilə təsdiq edilmiş "Azərbaycan
ədliyyəsinin inkişafına
dair 2019-2023-cü illər
üçün Dövlət
Proqramı”nın "6. Dövlət
Proqramının həyata
keçirilməsi üzrə
Tədbirlər Planı”
hissəsinin 6.3.3-cü yarımbəndində
"kontorlarının” sözü
"ofislərinin” sözü
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 iyun
2019-cu il
Azərbaycan.- 2019.- 29 iyun.-
S.2.