Bir gündə
4 medal
Qadın güləşçilərimiz
uğur estafetini davam etdiriblər
Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarında 8-ci gün arxada qaldı. Bütün idman növlərində
bir-birindən maraqlı
mübarizələrin şahidi
olduq. Sözsüz ki, bu günlərdə daha çox diqqət mərkəzində olan idman növü güləşdir. Güləşçilərimiz son 4 gündə qazandıqları medallarla
dünya idman ictimaiyyətinin diqqətini
özlərinə cəlb
edə bilmişdilər.
Sərbəst güləşdə idmançılarımız 5 (2 qızıl, 1 gümüş,
2 bürünc) medal əldə
edərək möhtəşəm
zəfərə imza atmışdılar. Bu, hələ son deyil. Çünki dünən "Minsk-2019”da qadın güləşçilərimiz
də ölkəmizin
aktivinə daha 3 medal
(1 qızıl, 1 gümüş,
1 bürünc) yazdırdılar.
Qadın güləşində
50 kq, 57 kq, 62 kq və 76 kq
çəki dərəcələrində
həlledici mərhələnin
görüşləri keçirilib.
3-cü qızıl medal
İyunun 27-də 50 kq çəkidə mübarizə aparan komandamızın lideri Mariya Stadnik yarışa 1/4 final mərhələsindən
başlayıb. Polşalı Anna Lukasiakla güləşən
təmsilçimiz 10:0 hesabı
ilə qələbə
qazanaraq yarımfinala yüksəlib. Finala gedən
yolda Evin Dəmirhana (Türkiyə)
qalib gələn Mariya dünən həlledici görüşə
çıxıb.
Bu da
final. Qızıl medalın taleyi həll olunur. Mariyanın rəqibi ukraynalı Oksana Livaçdır.
Təmsilçimiz çempionluq məsələsini
elə ilk dəqiqələrdən
həll edir. 7:1 hesabı ilə qalib gələn Mariya qızıl medala yiyələnməklə
dörd il
əvvəl Bakıda
keçirilən ilk Avropa
Oyunlarında qazandığı
nailiyyəti təkrarlayır.
Bu qələbənin səbəbkarını
alqışlayırıq! Dövlətimizin
himni səslənir!
Final qarşılaşmasından
sonra Mariya Stadnik deyir ki,
ukraynalı güləşçi
ilə rəfiqə olduğundan final görüşü
psixoloji baxımdan onun üçün çətin idi: "Bir-birimizi yaxşı tanıyırıq, məşqləri
birgə edirik. Daha təcrübəli olmağım
finalda qalib gəlməyimə kömək
etdi”.
İyunun 27-də 62 kq çəki dərəcəsində yarışan
Elmira Qəmbərova 1/8 finalda
almaniyalı Luzi Mankeni, 1/4 finalda polşalı Katarzina Madrovskanı, yarımfinalda
rumıniyalı Krişta
İnçzeni mübarizədən
kənarlaşdıraraq finala
yüksəlmişdi. Dünən isə
çempionluq uğrunda
ukraynalı Yuliya Tkaçla qarşılaşdı.
Həlledici qarşılaşma təmsilçimiz üçün
uğursuz oldu. Görüşü 0:4 hesabı
ilə uduzan Elmira II Avropa Oyunlarını gümüş medalla başa vurdu.
Əzmkarlıqla qazanılan
bürünc mükafat
57 kq çəkidəki təmsilçimiz
Alyona Kolesnik oyunlara 1/8 finaldan başlayıb. Macarıstanlı
Ramona Qalambos ilə üz-üzə gələn
idmançımız 10:0 hesabı
ilə qalib gəlsə də, 1/4 finalda bolqarıstanlı
Mimi Xristova ilə bacarmadı (0:6). Amma rəqibi finala
yüksəldiyi üçün
Alyona üçün
bürünc medal şansı
yarandı. İlk olaraq
təsəlliverici görüşdə
italiyalı Franseska İndelikatoyla güləşən
idmançımız 12:1 hesabı
ilə qalib gələrək bürünc
medal uğrunda dünən
türkiyəli Bediha Günlə qarşılaşdı.
İlk hissədə xal qazanan türkiyəli idmançı önə
keçsə də, güləşçimiz əzmkarlıqla
5:3 hesablı qələbə
qazanaraq bürünc medala yiyələndi.
76 kq çəki dərəcəsində
güləşən Səbirə
Əliyeva isə 1/8 finalda Aykaterinierini Pitsiava (Yunanıstan) ilə qarşılaşdı
və 9:0 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəldi. Bu mərhələdə
də Georgina Neltorpa (Böyük Britaniya) 8:2 hesabı ilə qalib gələn Səbirə yarımfinalda
almaniyalı Frensi Rideltlə qarşılaşmadan
məğlub ayrıldı.
Bürünc medal uğrunda görüşdə
norveçli İselin
Solheymlə qarşılaşan
güləşçimiz uduzaraq
II Avropa Oyunlarını
medalsız başa vurdu.
İyunun 28-də yunan-Roma
güləşçilərinin mübarizəsinə də
start verilib. Ölkəmizi iki çəki
dərəcəsində güləşçilər
təmsil ediblər.
Hər iki təmsilçimiz yarışa
1/8 finaldan start verib. Təəssüf ki, hər iki güləşçimiz
ilk görüşdəcə uduzub.
60 kq çəki dərəcəsində
yarışan Sakit Quliyev xorvatiyalı İvan Lizatoviçə
0:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
67 kq çəkidə mübarizə
aparan Kərim Cəfərov da Norveç təmsilçisi
Haavard Yorgensenlə bacarmayıb - 1:4. Norveçli güləşçi növbəti mərhələdə
uduzduğundan, Kərim
üçün də
mübarizə erkən
bitib.
Boksçumuz finalda
Dünən
"Minsk-2019”da boks yarışlarında
yarımfinal görüşləri
keçirilib.
Azərbaycanı 69 kq çəki dərəcəsində təmsil
edən Lorenzo Sotomayor
finala çıxmaq üçün böyük
britaniyalı Pet Makkormakla
qarşılaşıb. Lakin döyüşü
uduzan təmsilçimiz
bürünc medalla kifayətlənib.
81 kq çəki dərəcəsində
yarışan digər
yarımfinalçımız Alfonso Dominqez həlledici mərhələyə yüksəlmək
üçün italiyalı
Fiori Domingezlə üz-üzə gəlib. Görüşü qalib başa vuran idmançımız
bu gün finalda böyük britaniyalı Benjamin Vittakerlə
qarşılaşacaq.
Beləliklə, 8-ci yarış günündən
sonra Azərbaycan 20 medalla (3 qızıl, 6 gümüş, 11 bürünc)
10-cu pillədə qərarlaşıb.
Elçin CƏFƏROV
Azərbaycan.- 2019.- 29 iyun.-
S.1; 8.