İ.F.Seyidova polis general-mayoru
ali xüsusi
rütbəsinin verilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Daxili İşlər
Nazirliyinin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri
Baş İdarəsinin
rəisi İlqar Fəxrəddin oğlu Seyidova polis general-mayoru ali xüsusi
rütbəsi verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 iyun 2019-cu il
Azərbaycan.- 2019.-30 iyun.- S.3.