“İcra
haqqında”, “Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında”, “Banklar haqqında”,
“Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya
fondları haqqında” və “Qiymətli kağızlar
bazarı haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu bəndini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Mülki
Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 30 oktyabr tarixli 1295-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "İcra
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, ¹ 3, maddə 114; 2003, ¹ 6, maddə 277; 2004, ¹ 8, maddə
598, ¹ 11, maddə 901, ¹ 12, maddə
973; 2007, ¹ 1, maddə 3, ¹ 6, maddə 562, ¹ 11, maddə
1053; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 602; 2009, ¹ 12, maddə
952; 2010, ¹ 2, maddə 75, ¹ 7, maddə 591; 2011, ¹ 6, maddə
482, ¹ 7, maddə 618; 2012, ¹ 11, maddə 1052; 2013, ¹ 6, maddə
613, ¹ 7, maddə 787, ¹ 12, maddə
1494; 2015, ¹ 12, maddə 1434; 2016, ¹ 12, maddə 2050; 2017, ¹ 2, maddə
156, ¹ 6, maddə 1056, ¹ 8, maddə
1511; 2018, ¹ 2, maddə 151, ¹ 5, maddələr 853, 867, ¹ 7 (I kitab),
maddə 1424, ¹ 8, maddə
1674, ¹ 12 (I kitab), maddə
2528; 2019, ¹ 1, maddə 21, ¹ 2, maddə 203) 60.2-ci maddəsinə
"ləğvetmə komissiyasına”
sözlərindən sonra
"(təsviyəçiyə, ləğvediciyə)” sözləri
əlavə edilsin.
Maddə 2. "Hüquqi
şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 1, maddə 8; 2005, ¹ 1, maddə 1, ¹ 8, maddə
700; 2006, ¹ 2, maddə 70; 2008, ¹ 2, maddə 49; 2010, ¹ 4, maddə
265; 2012, ¹ 1, maddə 2, ¹ 7, maddə 651; 2013, ¹ 12, maddə
1479; 2014, ¹ 2, maddə 78, ¹ 7, maddə 769, ¹ 11, maddə
1356, ¹ 12, maddə 1526; 2015, ¹ 11, maddə 1259; 2016, ¹ 4, maddə
644, ¹ 10, maddə 1606; 2017, ¹ 5, maddələr 709, 724, ¹ 10, maddə
1775; 2018, ¹ 12 (I kitab), maddələr
2471, 2531; 2019, ¹ 1, maddələr 16, 21, ¹
2, maddə 176; Azərbaycan
Respublikasının 2018-ci il
28 dekabr tarixli 1404-VQD nömrəli Qanunu)
16-cı maddəsində aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 16.1-ci və
16.2-ci maddələrə "təsviyəçi” sözündən
sonra ", ləğvedici”
sözü əlavə
edilsin.
2.2. 16.3-cü maddəyə "üzvləri”
sözündən sonra
"(təsviyəçi, ləğvedici)” sözləri
əlavə edilsin.
Maddə 3. "Banklar
haqqında” Azərbaycan
Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 3, maddə 130; 2005, ¹ 4, maddə 276; 2007, ¹ 5, maddə
401, ¹ 6, maddə 562, ¹ 11, maddə
1070; 2008, ¹ 11, maddə 960; 2009, ¹ 6, maddə 404, ¹ 7, maddə
517; 2010, ¹ 4, maddə 276, ¹ 10, maddə 839; 2011, ¹ 7, maddə
590; 2013, ¹ 7, maddə 790; 2014, ¹ 7, maddə 772, ¹ 12, maddə
1517; 2015, ¹ 11, maddə 1262; 2016, ¹ 3, maddə 406, ¹ 6, maddə
975; 2017, ¹ 4, maddə 521, ¹ 11, maddə 1956, ¹ 12 (I kitab), maddə 2227; 2018, ¹ 1, maddə
33, ¹ 5, maddə 842, ¹ 7 (I kitab),
maddə 1389, ¹ 12 (I kitab),
maddə 2466; 2019, ¹ 1, maddələr
32, 50; Azərbaycan Respublikasının
2019-cu il 9 aprel tarixli 1563-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda
28.4-cü maddə əlavə
edilsin:
"28.4. İdarə
Heyətinin üzvlərinin
şəxsi marağı
ilə bankın maraqları arasında ziddiyyətlərə gətirib
çıxara bilən
hallarda məlumat verilməsi, habelə bankın maraqlarına zidd olan əqdlərin
bağlanması Azərbaycan
Respublikasının Mülki
Məcəlləsinin 107-10.5-ci maddəsinin tələblərinə
uyğun həyata keçirilir.”.
Maddə 4. "Sığorta
fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008, ¹ 3, maddə
144, ¹ 7, maddə 602; 2009, ¹ 7, maddə 517; 2011, ¹ 1, maddə
11; 2013, ¹ 12, maddə 1470; 2014, ¹ 7, maddələr 771, 779; 2015, ¹ 11, maddə 1263; 2016, ¹ 3, maddə
410, ¹ 6, maddə 976; 2017, ¹ 7, maddələr 1286, 1294, ¹ 12 (I kitab),
maddə 2221; 2018, ¹ 7 (I kitab),
maddə 1392; 2019, ¹ 1, maddələr
19, 33, 50; Azərbaycan Respublikasının
2019-cu il 29 mart tarixli
1536-VQD nömrəli qanunları)
aşağıdakı məzmunda
31.8-ci maddə əlavə
edilsin:
"31.8. İdarə
Heyətinin üzvlərinin
şəxsi marağı
ilə sığortaçının
maraqları arasında
ziddiyyətlərə gətirib
çıxara bilən
hallarda məlumat verilməsi, habelə sığortaçının maraqlarına
zidd olan əqdlərin bağlanması
Azərbaycan Respublikasının
Mülki Məcəlləsinin
107-10.5-ci maddəsinin tələblərinə
uyğun həyata keçirilir.”.
Maddə 5. "İnvestisiya
fondları haqqında”
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010, ¹ 11, maddə
950; 2014, ¹ 10, maddə 1161; 2015, ¹ 11, maddə 1261; 2016, ¹ 3, maddə
412, ¹ 4, maddə 642, ¹ 12, maddə
2002; 2017, ¹ 11, maddə 1952, ¹ 12 (I kitab), maddə 2225; 2018, ¹
7 (I kitab), maddə
1394; 2019, ¹ 1, maddə 33) aşağıdakı
məzmunda 6.8-ci maddə
əlavə edilsin:
"6.8. Səhmdar
investisiya fondunun icra orqanının üzvlərinin şəxsi
marağı ilə investisiya fondunun maraqları arasında ziddiyyətlərə gətirib
çıxara bilən
hallarda məlumat verilməsi, habelə səhmdar investisiya fondunun maraqlarına zidd olan əqdlərin
bağlanması Azərbaycan
Respublikasının Mülki
Məcəlləsinin 107-10.5-ci maddəsinin tələblərinə
uyğun həyata keçirilir.”.
Maddə 6. "Qiymətli
kağızlar bazarı
haqqında” Azərbaycan
Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 7, maddə 813; 2016, ¹ 3, maddə 411, ¹ 11, maddə
1756, ¹ 12, maddə 2003; 2017, ¹ 2, maddə 159, ¹ 5, maddə
712, ¹ 12 (I kitab), maddə
2222; 2018, ¹ 5, maddə 893, ¹ 7 (I kitab), maddə 1395; 2019, ¹
1, maddələr 33, 50, ¹ 2, maddə 189; Azərbaycan Respublikasının 2019-cu il
23 aprel tarixli 1567-VQD nömrəli qanunları)
aşağıdakı məzmunda
61.16-cı və 61.17-ci maddələr
əlavə edilsin:
"61.16. Lisenziyalaşdırılan
şəxslərin müşahidə
şurasının və
icra orqanının üzvləri, habelə lisenziyalaşdırılan şəxslərin
struktur bölmələrinin
(filial, nümayəndəlik və s.) rəhbərləri
özlərinin, Azərbaycan
Respublikasının Mülki
Məcəlləsinin
49-1.1.3-cü və
49-1.1.5-ci maddələrində göstərilən şəxslərin
bağlanılan əqdə
münasibətdə aidiyyəti
şəxs qismində
çıxış etmələri,
həmçinin həmin
əqdlə əlaqədar
öz maraqlarının
xüsusiyyətləri (onun
yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan
Respublikasının Mülki
Məcəlləsinin 49-1.5-ci,
49-1.6-cı və
49-1.7-ci maddələri ilə
müəyyən edilmiş
qaydada təqdim etməlidirlər.
61.17. Lisenziyalaşdırılan
şəxslərin icra
orqanının üzvlərinin
şəxsi marağı
ilə lisenziyalaşdırılan
şəxslərin maraqları
arasında ziddiyyətlərə
gətirib çıxara
bilən hallarda məlumat verilməsi, habelə lisenziyalaşdırılan
şəxslərin maraqlarına
zidd olan əqdlərin bağlanması
Azərbaycan Respublikasının
Mülki Məcəlləsinin
107-10.5-ci maddəsinin tələblərinə
uyğun həyata keçirilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 may
2019-cu il
Azərbaycan.- 2019.-30 iyun.- S.2.