Andres Pastrana: "Azərbaycan hökuməti
tərəfindən məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması üçün görülən sosial təyinatlı işlər nümunəvidir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın başçılıq etdiyi, bu qurumun baş katibi Antonio Lopez-İsturiz və Asiya və Sakit okean regionu üzrə baş əlaqələndiricisi Sezar Rosellonun daxil olduğu nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev səfərin və aparılan müzakirələrin ölkəmizlə bu təsisat arasında əməkdaşlıq və dialoqun inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.
Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrana rəhbərlik etdiyi təşkilatın gündəliyində duran məsələlər və həyata keçirilən tədbirlər barədə məlumat verdi. O, səfər çərçivəsində məcburi köçkünlərlə görüşdüklərini və Azərbaycan hökuməti tərəfindən onların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən sosial təyinatlı işlərin nümunəvi olduğunu bildirdi.
Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu fəsadlar və münaqişənin həlli prosesi barədə danışdı.
Görüşdə, həmçinin
Mərkəzçi Demokratlar
İnternasionalı ilə Azərbaycan, xüsusilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın
perspektivlərinə dair fikir
mübadiləsi aparıldı.
Azərbaycan.-
2019.- 1 mart.- S.1.