“Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. "Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006, ¹ 3, maddə 208, ¹ 12, maddə 1019; 2007, ¹ 12, maddə 1194;
2008, ¹ 4, maddə 254, ¹ 6, maddə 464, ¹ 7, maddə 602, ¹ 8, maddələr
699, 710; 2009, ¹ 6, maddələr 395, 399, ¹ 11, maddələr 877,
879; 2010, ¹ 7, maddə 579; 2011, ¹ 4, maddə 267, ¹ 6, maddə 465,
¹ 7, maddə 597, ¹ 12, maddə 1109; 2012, ¹ 11, maddələr
1037, 1044; 2013, ¹ 3, maddə 223, ¹ 5, maddə 485, ¹ 6, maddələr
608, 614; 2015, ¹ 5, maddə 494; 2017, ¹ 5, maddə 676, ¹ 7, maddə
1289, ¹ 10, maddə 1776, ¹ 12 (I kitab), maddə 2193; 2018, ¹ 5, maddə
865; Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli
1362-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 6-1-ci maddənin mətni
aşağıdakı redaksiyada verilsin:
"Bu qanunun məqsədləri
üçün əmək pensiyasının minimum məbləği
2019-cu il 1 mart tarixindən 160 manat məbləğində
müəyyən olunur. Bu qanuna uyğun olaraq təyin
edilmiş əmək pensiyasının məbləği əmək
pensiyasının minimum məbləğindən
aşağı olduqda, həmin məbləğə
çatdırılmaqla ödənilir.”;
1.2. 10.2-ci və 13.3-cü maddələrin
ikinci bəndləri ləğv edilsin.
Maddə 2. Bu qanun 2019-cu il
martın 1-dən qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
19 fevral 2019-cu il
Azərbaycan.
- 2019.- 1 mart.- S.2.