“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

"Qiymətli kağızlar bazarı haqqında'' Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 7, maddə 813; 2016, ¹ 3, maddə 411, ¹ 11, maddə 1756, ¹ 12, maddə 2003; 2017, ¹ 2, maddə 159, ¹ 5, maddə 712, ¹ 12, I kitab, maddə 2222; 2018, ¹ 5, maddə 893, ¹ 7, I kitab, maddə 1395) aşağıdakı dəyişikliklər edilsin:

1. 77.2-ci maddəyə "emitentlərsözündən sonra "(Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar istisna olmaqla)” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 78.7.1-1-ci maddə əlavə edilsin:

"78.7.1-1. Azərbaycan respublikasının üzv olduğu beynəlxalq təşkilatların emissiya etdiyi qiymətli kağızlarla olan əməliyyatlara;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2019-cu il

 

Azərbaycan.- 2019.- 1 mart.- S.2.