“Müqəddəs Georgi” kilsəsini
ziyarət
Gürcüstan prezidenti Salome Zurabişvili fevralın 28-də Qax rayonunun Qaxingiloy kəndində yerləşən "Müqəddəs Georgi” kilsəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, ali qonağa XIX əsrin sonlarında inşa edilmiş bu ibadətgahda dini ayinlərin icrası üçün hər cür şəraitin yaradıldığı barədə məlumat verildi. Bildirildi ki, bu kilsə 1888-ci ildə xristian din əzabkeşi Müqəddəs Georginin şərəfinə könüllü ianələr və Qafqazda Xristianlığın Bərpası İdarəsinin maliyyəsi ilə tikilib. Kilsə yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən qorunur.
Prezident
Salome Zurabişvili
kilsədə şam yandırdı. Burada dini ayin icra olundu.
Ali qonağın
diqqətinə çatdırıldı
ki, Azərbaycanın digər rayonları kimi, Qaxda da
milli azlıqların adət-ənənələrinə həmişə hörmətlə
yanaşılır. Qaxda
yaşayan bütün
milli azlıqlara dövlət tərəfindən
daim xüsusi
qayğı göstərilir. Bu fakt bir daha
ölkəmizin hər yerində dini
tolerantlığın yüksək səviyyədə olduğunu təsdiqləyir. Təsadüfi deyil ki, bu
gün Azərbaycanın multikulturalizm
modeli bütün dünyada öyrənilir və tətbiq edilir. Dövlətimiz tərəfindən başqa dinlərin abidələrinin
qorunması, onların bərpası ölkəmizdəki multikultural siyasətin tərkib hissəsidir.
Azərbaycan.-
2019.- 1 mart.- S. 5.