Yuri Kanner, Rusiya Yəhudi Konqresinin
prezidenti: “Azərbaycanda
bütün xalqların nümayəndələrinin firavan
yaşamaları üçün hər cür şərait
yaradılıb”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kannerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner səfər çərçivəsində Quba şəhərinə getdiklərini, Azərbaycanın regionlarında inkişaf proseslərinin şahidi olduqlarını, ölkəmizdə bütün xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin firavan yaşamaları üçün hər cür şəraitin yaradıldığını vurğuladı və bunu yüksək qiymətləndirdi.
Azərbaycanda
ayrı-ayrı xalqların və dini
icmaların əsrlər boyu bir ailə kimi
yaşadıqlarını deyən Prezident
İlham Əliyev ölkəmizdə
müxtəlif xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin əmin-amanlıq
içərisində yaşamaları üçün
lazımi şəraitin mövcud olduğunu bildirdi.
Dövlətimizin başçısı Azərbaycanda sivilizasiyalar və mədəniyyətlərarası
dialoqun möhkəmləndirilməsi ilə
bağlı mühüm beynəlxalq tədbirlərin
keçirilməsinin əhəmiyyətini qeyd
etdi.
Azərbaycan.-
2019.-10 mart.- S.1.