Ermənistandan böyük etiraf: “Kim istəməz ki, İlham Əliyev kimi prezidenti olsun

 

Azərbaycan Prezidentinin milyonlarla insanın problemlərini həll edən son fərmanları ermənilər tərəfindən sosial şəbəkədə geniş müzakirə olunur

 

Azərbaycanda uğurla həyata keçirilən və nəticələrinə görə nümunəyə çevrilən sosial siyasət xarici ölkələrdə, o cümlədən də Ermənistanda böyük diqqətlə izlənilir. Bunu erməni mediasına, həmçinin sosial şəbəkələrdə erməni istifadəçilərinin paylaşımlarına nəzər salmaqla da aydın görmək olar.

Son günlərdə isə erməni tərəfinin diqqət yetirdiyi əsas məsələlərdən biri Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmanıdır.

Əslində, bununla Azərbaycan daha bir sosial xarakterli nümunə ortaya qoymağı bacardı. Dövlət başçısının fərmanı yüz minlərlə vətəndaşımız üçün böyük dəstəkdir. Bu da onu göstərir ki, Prezident İlham Əliyev köklü sosial islahatları davam etdirir və vətəndaşların sosial rifah səviyyəsini yüksəldərək maddi durumunun yaxşılaşdırılmasına yönəlmiş genişmiqyaslı proqram çərçivəsində inqilabi addım atır.

 

"Dollar kreditlərinə görə Ermənistanda evlərini satanlar, intihar edənlər olub

 

Elə erməni tərəfinin diqqət mərkəzində saxladığı əsas məqamlardan biri məhz budur. Sosial mediada paylaşılan statuslardan yazılan şərhlərdən bəzilərini diqqətə çatdırırıq. Qeyd edək ki, ermənilərin sosial şəbəkələrdə paylaşımları öz dillərində olmaqla yanaşı, həm ruscadır biz bundan istifadə etməyə çalışdıq. Onlar paylaşımlarda Dağlıq Qarabağı "Artsax”, Xankəndini "Stepanakertkimi təqdim ediblər. Biz yalnız bu bölgələrin adlarını onların yazdığı kimi yox, tarixi rəsmi ifadəsi ilə oxucuların diqqətinə çatdırırıq.

Ruben Azatyan adlı sahibkar özünün "Facebooksəhifəsində yazır: "Bizdən fərqli olaraq Azərbaycanda sadə insanların aqibəti haqda düşünürlər. İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanı bunu bir daha göstərir. İlham Əliyev problemli kreditlər üçün büdcədən 500 milyon dorllar ayırır. Görəsən, bizdə vaxtsa belə bir hal olacaq? İnanmaq çox çətindir”.

"Odnoklassnikisosial şəbəkəsində paylaşılan xəbərə münasibət bildirən, profil səhifəsində bank sektorunda çalışdığını yazan Tatul Qriqoryan adlı istifadəçi isə qeyd edir ki, baş nazir Nikol Paşinyan Prezident İlham Əliyevdən nümunə götürsə idi, yaxşı olardı: "Dollar kreditlərinə görə Ermənistanda da çoxları böyük problemlərlə üzləşib. Evlərini satanlar, hətta intihar edənlər olub. Amma onların taleyi əvvəlki hökuməti, indikini maraqlandırır. Amma dünyada elə öz ətrafımızda yaxşı nümunələr var. Elə İlham Əliyevin atdığı son addımlara baxmaq yetərlidir”.

 

"Azərbaycanla düşmən olsaq da, onların yaxşı nümunələrinə baxmalıyıq

 

"İnstagramsosial şəbəkəsində problemli kreditlərin həlli ilə bağlı paylaşılan şəkilə münasibət bildirən Naira Ağacanyan adlı istifadəçi eyni mövqeni bölüşür: "Azərbaycanda dövlət əhalinin qalan kredit borcunun ödənilməsi üçün külli miqdarda əlavə vəsait ayırır. Bu addım əhaliyə çox müsbət təsir göstərəcək. Ancaq təəssüf ki, bizdə tamam fərqli mənzərə hökm sürür. Devalvasiya nəticəsində Ermənistanda əziyyət çəkənlərin sayı milyonlarladır. Lakin onların üzləşdikləri problemləri hökumətdə heç dilə gətirən yoxdur. Azərbaycanla düşmən olsaq da, onların yaxşı nümunələrinə baxmalıyıq. Bizdə dövlət büdcəsi hesabına vətəndaşların zərərlərini kompensasiya etmək lazımdı”.

Profil səhifəsində iqtisadçı olduğu qeyd edilən Larisa Tuzmanyan adlı istifadəçinin xəbər agentliyinin sorğusunda maraqlı rəyi isə çoxlu bəyənmələrə səbəb olub: "Azərbaycanda dövlətin sosialyönümlü siyasət həyata keçirməsi bizim mediada inkar edilsə , baş verənlər bunun əksini göstərir. Orada camaatın problemləri barədə düşünürlər. İlham Əliyevin problemli kreditlərin həlli ilə bağlı imzaladığı fərman tamam fərqli vəziyyət yaradır. Bu hal istənilən halda təqdir edilməlidir, baxmayaraq ki, Azərbaycanla müharibə aparırıq. Amma orada devalvasiyadan sonra kreditlərini ödəyənlərə güzəştlər tətbiq edirlər. Niyə biz belə addımlarla vətəndaşlarımızı sevindirə bilmirik? Bunun üzərində düşünməyə dəyər”.

 

"Niyə Ermənistanda vətəndaş dövlətinin onun yanında olduğunu hiss etmir?”

 

Ovik Karapetyan adlı istifadəçi Ermənistanın Azərbaycana iqtisadi cəhətdən həmişə açıq şəkildə uduzduğunu "Vkontakte”də paylaşdığı statusla diqqətə çatdırıb. Səhifəsində stomatoloq olduğu görünən Ovikin paylaşımı bəzilərinin etirazına səbəb olsa da, bir çoxlarının bəyənmələri ilə nəticələnib: "Ermənistanda hökumət nəzarətində olan medianın Azərbaycanla bağlı yazdıqları reallığı əks etdirmir. Orada problemli kreditlərlə bağlı verilən fərman birbaşa dolayısı ilə bütün insanlara təsir edir. Bu da insanlarda dövlətə olan güvəni daha da möhkəmləndirir. Niyə bizdə belə nümunələr yoxdur? Niyə bizdə vətəndaş hər zaman dövlətinin onun yanında olduğunu hiss etmir? Ona görə ölkəni tərk edənlərin sayı durmadan artır. Hökumət bu barədə fikirləşməlidir”.

"Twitter” sosial şəbəkəsində İlham Əliyevin imzaladığı fərmanla bağlı xəbərin paylaşıldığı səhifədə Avram Melukunyan adlı birinin yazdığı rəy çox bəyənmə toplayıb: "Düşmən dediyimiz ölkənin prezidentinin xalqa xidmətinə baxın, bir bizimkilərin çıxartdığı hoqqalara. 15 ildir müəllim işləyirəm, bir neçə banka borcum var. Deyəsən, o dünyaya da elə borclu gedəcəyəm. Azərbaycanda isə insanların proeblemli kreditləri həllini tapıb. Müqayisəni özünüz aparın”.

 

"Biz yeməyə çörək tapmırıq, Azərbaycanda əhalinin kreditlərinə güzəştlər olunur

 

Ən maraqlısı isə baş nazir Nikol Paşinyanın sosial şəbəkədəki səhifəsində paylaşılan bir xəbərə Vaxaq Qriqoryan adlı istifadəçinin verdiyi rəydir: "Baş nazir, Xankəndidə yaşayıram. Etiraf edək ki, xalqını düşünən lider İlham Əliyev kimi olar. Biz yeməyə çörək tapmırıq, Azərbaycanda əhalinin kreditlərinə güzəştlər olunur. Səfalət aclıqdan əziyyət çəkməkdən yorulduq!”

İxtisasca iqtisadçı olan Stepan Qriqoryan adlı istifadəçi isə "Odnoklassniki”də yazır: "Acı həqiqət olsa da, demək lazımdır. Azərbaycan yenə iqtisadi cəhətdən bizdən çox öndə olduğunu göstərə bildi.

İlham Əliyev xalqın yanında olduğunu yenə nümayiş etdirdi. Belə məsələlər Azərbaycanı daha da gücləndirir”.

 

"Kimdir əsl lider?”

 

Karen Mkrtçyan adlı "Facebookistifadəçisi " vaxta qədər belə davam edəcək?” başlıqlı status paylaşıb: "Bizim ölkədə insanlar aclıqdan ölür, kredit almağa belə imkan vermirlər, düşmən adlandırdığımız İlham Əliyev insanların problemli kreditlərini həll edir. İndi siz özünüz qərar verin, kimdir əsl lider?”

Robert Şaqinyan adlı biri isə "Twitter”də yazıb: "Bizim vaxt normal bir rəhbərliyimiz olub ki, indi ola. Elə danışırlar ki, sanki bunlardan yoxdur. Dostlar, acı reallıq olsa da, etiraf etmək lazımdır. Kim istəməzdi ki, İlham Əliyev kimi prezidenti olsun. İstəyirsiniz məni söyün, profilimi şikayət edin. Fikrimdən dönən deyiləm”.

Yuxarıda qeyd etdiyimiz statuslara şərhlərə daha çoxunu əlavə etmək olar. Bütün bu qeyd edilənlər bir daha Azərbaycanın sosial sahədə həyata keçirdiyi siyasətin erməni cəmiyyətində qibtə ilə qarşılandığını göstərir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 3 mart.- S. 1; 3.