Bolqarıstan
Respublikasının Prezidenti Zati-aliləri cənab Rumen Radevə
Hörmətli cənab Prezident,
Bolqarıstan Respublikasının
milli bayramı münasibətilə Sizə və
bütün xalqınıza öz adımdan və Azərbaycan
xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-Bolqarıstan
əlaqələri, ölkələrimiz arasındakı ənənəvi
dostluq və əməkdaşlıq münasibətləri
bundan sonra da inkişaf edərək xalqlarımızın
rifahına töhfələr verəcəkdir.
Belə bir əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Bolqarıstan xalqına daim əmin-amanlıq və
firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
27 fevral 2019-cu il.
Azərbaycan.-
2019.- 3 mart.- S.1.