Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

"Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, ¹ 7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 737; 2003, ¹ 1, maddə 1; 2006, ¹ 3, maddə 225; 2007, ¹ 6, maddə 562, ¹ 12, maddə 1216; 2009, ¹ 7, maddə 517; 2010, ¹ 4, maddə 276; 2014, ¹ 10, maddə 1168; 2016, ¹ 3, maddə 423; 2017, ¹ 5, maddə 741, ¹ 7, maddə 1291; 2018, ¹ 5, maddə 847) aşağıdakı dəyişikliklər edilsin:

1. 12-ci maddə üzrə:

1.1. adında "Ali Sovetinin” sözləri "Milli Məclisinin” sözləri ilə əvəz edilsin;

1.2. mətnində "Ali Soveti” sözləri "Milli Məclisi” sözləri ilə əvəz edilsin.

2. 13-2.5-ci maddədən "müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 fevral 2019-cu il

 

Azərbaycan.- 2019.- 3 mart.- S.4.