“Nəşriyyat işi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu və 13-cü bəndlərini
rəhbər tutaraq qərara alır:
"Nəşriyyat
işi haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 8, I kitab,
maddə 581; 2002, ¹ 12, maddə
709; 2004, ¹ 7, maddə 505; 2007, ¹ 10, maddə 938; 2008, ¹ 5, maddə
343; 2013, ¹ 5, maddə 483; 2017, ¹ 2, maddə 143) aşağıdakı
dəyişikliklər edilsin:
1. 22-ci maddəsinin
birinci hissəsində
"Azərbaycan Respublikasının
Milli Kitabxanasına, Kitab Palatasına, Azərbaycan Mətbuat Şurasına, qanunvericilik
və müvafiq icra hakimiyyəti orqanlarının və qanunvericilikdə nəzərdə
tutulmuş digər orqanların kitabxanalarına”
sözləri "müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi quruma (qəzet və jurnalların məcburi nüsxələrini), həmçinin
"Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci
maddəsində müəyyən
edilmiş qaydada müvafiq kitabxanalara” sözləri ilə əvəz edilsin.
2. 25-ci maddə ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 3 mart.- S.4.