“2010-cu il 18 noyabr tarixli
“Xəzər dənizində
təhlükəsizlik sahəsində
əməkdaşlıq haqqında
Saziş”ə Xəzər
dənizində terrorçuluqla
mübarizədə əməkdaşlıq
üzrə” Protokolun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
"2010-cu il
18 noyabr tarixli "Xəzər dənizində
təhlükəsizlik sahəsində
əməkdaşlıq haqqında
Saziş”ə Xəzər
dənizində terrorçuluqla
mübarizədə əməkdaşlıq
üzrə” 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış
Protokol təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 fevral 2019-cu il
Azərbaycan.- 2019.- 3 mart.- S.4.