“Kütləvi informasiya
vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2019-cu il
1 fevral tarixli 1478-VQD
nömrəli Qanununun tətbiqi və
“Kütləvi informasiya vasitələri
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Kütləvi
informasiya vasitələri
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il 1 fevral tarixli 1478-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Kütləvi
informasiya vasitələri
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Kütləvi informasiya vasitələri haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. "Kütləvi
informasiya vasitələri
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 2, maddə
92; 2003, ¹ 10, maddə 585; 2004, ¹ 1, maddə 24; 2008, ¹ 5, maddə
359; 2009, ¹ 8, maddə 627; 2014, ¹ 5, maddə 477, ¹ 9, maddə
1027; 2015, ¹ 11, maddə 1312; 2016, ¹ 4, maddə 675, ¹ 8, maddə
1384; 2017, ¹ 8, maddə 1521) 2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. ikinci-səkkizinci
abzaslar, müvafiq olaraq, 2.1-2.7-ci bəndlər
hesab edilsin;
3.2. 2.1-ci bənd
aşağıdakı redaksiyada
verilsin:
"2.1. "Kütləvi
informasiya vasitələri
haqqında” Azərbaycan
Respublikası Qanununun
29-cu maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;”;
3.3. 2.7-ci bəndin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
2.8-ci bənd əlavə
edilsin:
"2.8. həmin qanunun 29-cu maddəsində "qurum”
dedikdə Azərbaycan
Mətbuat Şurası
nəzərdə tutulur.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 mart 2019-cu il
Azərbaycan.- 2019.-3 mart.- S.4.