Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi ilə Belarus
Respublikasının Kənd Təsərrüfatı və
Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı
sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
ilə Belarus Respublikasının
Kənd Təsərrüfatı
və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı
sahəsində əməkdaşlıq
haqqında 2018-ci il noyabrın 19-da
Minsk şəhərində imzalanmış saziş təsdiq edilsin.
2. Bu fərmanın
1-ci hissəsində göstərilən
saziş qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
Nazirliyi onun müddəalarının həyata
keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
sazişin qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Belarus Respublikası
hökumətinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 mart 2019-cu il
Azərbaycan.- 2019.-3 mart.- S.5.