Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi ilə Belarus Respublikasının Məhkəmə
Ekspertizaları Dövlət Komitəsi arasında məhkəmə
ekspertizası fəaliyyəti sahəsində əməkdaşlıq
haqqında Sazişin təsdiq edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Belarus Respublikasının
Məhkəmə Ekspertizaları
Dövlət Komitəsi
arasında məhkəmə
ekspertizası fəaliyyəti
sahəsində əməkdaşlıq
haqqında 2018-ci il noyabrın 19-da
Minsk şəhərində imzalanmış saziş təsdiq edilsin.
2. Bu fərmanın
1-ci hissəsində göstərilən
saziş qüvvəyə
mindikdən sonra Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi onun müddəalarının həyata
keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
sazişin qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirildiyi barədə Belarus Respublikası
hökumətinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 mart 2019-cu il
Azərbaycan.- 2019.-3 mart.- S.5.