Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli 1254 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin
Nizamnaməsi”ndə və 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Heydər Əliyev adına Azərbaycan Ali
Hərbi Məktəbinin
Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq
"Təhsil haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 21 fevral tarixli 1254 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 2, maddə
198) ilə təsdiq edilmiş "Bakı Mühəndislik Universiteti”
publik hüquqi şəxsin Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 2.4-cü bənddə
"tələbə qəbulu
planı” sözləri
"müvafiq ixtisaslar
üzrə tələbə
qəbulu” sözləri
ilə əvəz edilsin;
1.2. 5.4-cü bənddə
"tələbə qəbulu
planının” sözləri
"müvafiq ixtisaslar
üzrə tələbə
qəbulunun” sözləri
ilə əvəz edilsin;
1.3. 7.6-cı bənddə
"tədris” sözü
"təhsil” sözü
ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 10, maddə
1795) ilə təsdiq edilmiş "Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin
5.9-cu bəndində "qəbul
planını” sözləri
"müvafiq ixtisaslar
üzrə qəbulu”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 mart 2019-cu il
Azərbaycan.- 2019.-3 mart.- S.5.