Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2012-ci il 9 mart tarixli 596 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Təhsil haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 3, maddə 161, ¹ 12, maddə 1102; 2007, ¹ 10, maddə 947; 2008, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 4, maddə 291, ¹ 6, maddə 531, ¹ 9, maddə 854; 2016, ¹ 11, maddə 1805; 2017, ¹ 7, maddə 1355, ¹ 12 (I kitab), maddə 2312) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 8.10-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"8.10-1. təhsil proqramlarını, tədris planlarını proqramlarını təsdiq edir;”;

1.2. 8.16-cı bənddə " internat məktəblərisözləri ", ümumtəhsil internat məktəbləri inteqrasiya təlimli internat tipli təhsil müəssisələrisözləri ilə əvəz edilsin;

1.3. 8.17-1-ci bənddə "qaydada metodiki diaqnostik məsləhət əlaqələndirmə xidməti təşkil edirsözləri "maarifləndirmə tədbirləri həyata keçirirsözləri ilə əvəz edilsin;

1.4. 8.17-2-ci bənddə "ümumi təhsil müəssisəsindəsözləri "təhsil müəssisələrindəsözləri ilə əvəz edilsin;

1.5. 8.36-cı bəndə "attestasiyasınısözündən sonra "(dövlət ümumtəhsil müəssisələrində - sertifikatlaşdırılmasını)” sözləri əlavə edilsin.

2. "Təhsil haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 mart tarixli 596 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 3, maddə 197) 2.3-cü bəndi ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il

 

Azərbaycan.- 2019.-3 mart.- S.6.