Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə, 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmişBakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə, 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”ndə 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Turizm Menecment Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Təhsil haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 7, maddə 793; 2017, ¹ 5, maddələr 788, 802, ¹ 7, maddə 1364; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 522 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "ADA” Universitetinin Nizamnaməsi”nin 4.4-cü 4.5-ci bəndlərində "qəbul planınısözləri "müvafiq ixtisaslar üzrə tələbə qəbulunusözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 12, maddə 1585; 2016, ¹ 7, maddə 1250, ¹ 11, maddə 1803; 2017, ¹ 5, maddələr 789, 802, ¹ 7, maddə 1366; 2018, ¹ 4, maddə 697) ilə təsdiq edilmiş "Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5.6-cı bənddə "qəbul planınısözləri "müvafiq ixtisaslar üzrə tələbə qəbulunusözləri ilə əvəz edilsin;

2.2. 9.3-cü bənddə "tədrissözü "təhsilsözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 4, maddə 381; 2016, ¹ 11, maddə 1803; 2017, ¹ 5, maddələr 790, 802, ¹ 7, maddə 1367) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin 5.7-ci bəndində "qəbul planınısözləri "müvafiq ixtisaslar üzrə qəbulusözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 12, maddə 1464; 2016, ¹ 11, maddə 1803; 2017, ¹ 5, maddələr 791, 802, ¹ 7, maddə 1369; 2018, ¹ 4, maddə 699) ilə təsdiq edilmiş "Azərbaycan Turizm Menecment Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.3-cü bənddə "qəbul planınısözləri "müvafiq ixtisaslar üzrə tələbə qəbulunusözləri ilə əvəz edilsin;

4.2. 8.3-cü bənddə "tədrissözü "təhsilsözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il

 

Azərbaycan. - 2019.-3 mart.- S.6.