“Tərcümə Mərkəzinin fəaliyyətinin təmin
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1847 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq
"Azərbaycan Respublikasında
dövlət idarəçiliyinin
təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 8 noyabr tarixli 334 nömrəli Fərmanının
icrası ilə əlaqədar qərara alıram:
"Tərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1847 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 2, maddə 211) adına və 1-ci hissəsinə "Tərcümə” sözündən əvvəl "Azərbaycan Dövlət” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart
2019-cu il
Azərbaycan.- 2019.-3 mart.- S.6.