“2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə Protokolun icrası ilə bağlı səlahiyyətli orqanların müəyyən edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2019-cu il 12 fevral tarixli 1486-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə Protokolun 2-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

2018-ci il fevralın 12-də Aktau şəhərində imzalanmış "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə Protokol” Azərbaycan Respublikası tərəfinin həyata keçirməsi ilə bağlı səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti müəyyən edilsinlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il

 

Azərbaycan.- 2019.-3 mart.- S.4.