“Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni
tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli
3375 nömrəli Sərəncamında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 noyabr tarixli 334 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
"Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 3375 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 11, maddə 2084) 1-ci hissəsində "Tərcümə Mərkəzinin direktoru” sözləri "Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 mart 2019-cu il
Azərbaycan.- 2019.-3 mart.- S.6.